TƏBRİK: GÜLNARƏ TAGİYEVA-57

     AVMVİB rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev tibb xidməti mayoru Gülnarə Tagiyevanı doğum günü munasbətilə  səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş sənə sevinc dolu günlər bəxş etsin. Amin!

   Ehtiyyatda olan tibb xidməti mayoru Tağiyeva Gülnarə Mirtağı qızı 15 sentyabr 1964- cü ildə  Baki şəhərində anadan olub. O, 1981-ci ildə Bakı şəhər  5 saylı kimya biologiya  təmayüllü orta məktəbini bitrib.

     Gulnarə Tagıyeva 1988 — ci ildə, Azərbaycan  Tibb Universitetini , Daxili Qoşunlarda xidmət eydiyi illərdə üc dəfə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin  təhkimləşdirmə kursunu , 2014- cü ildə isə Türkiyə Gulhanə Akademiyasının ixtisas artırma kurslarını  bitrib.

    Tagıyeva Gulnarə Mirtagi qızı 1988- ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra  təyinatla  1993- cü ilin may ayına kimi , Salyan rayon mərkəzi xəstəxanasında öz ixtisasına uyğun işləmişdir.1993- cü ilin iyun ayından — 2014 cü ilin dekabr ayının sonunadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Qaradağda və Nərimanov rayonlarında yerləşən hərbi hospitalının labaratoriya və diaqnostika şöbələrində tibb xidməti üzrə baş zabit vəzifələrində xidmət edib. O, Daxili Qoşunlar Komandanının müvafıq əmrinə əsasən

2014-cü ilin dekabr ayının sonunda ,» Son Yaş Həddinə» görə  Silahlı qüvvələrdən ehtiyyata buraxılıb.

Gülnarə  Tagıyeva yuksək vətənpərvərliyi, peşə ustalığı və aslan hünəri ilə sayılıb  seçilən Daxili Qoşunların kolektivində  mehriban ana, qayğıkeş həkim, özünə və kollektivə qarşı tələbkar, ən yadda qalan  həkim və fədakar baş zabit kimi taninıbdır. Ürəkaçan xidməti, fəaliyyəti ilə şəxsi heyətin dərin rəgbətini qazanıbdır.

Gülnarə Tağıyeva  xidmət müddətində mütəxəsis həkim kimi,  üzərinə düşən zabit şərəfini ləyaqətlə  qoruyan, onun məsuliyyətini dərindən dərk edən , tələbkar, təcurbəli və vicdanla çalışan  həkimlərdən bir olmuşdur .

    O ,Daxili Qoşunların hərbı hospitalında xidmət edən zaman  bir neçə dəfə Qadınlar Şurasının sədri kimi ictimai vəzivəni  ləyaqətlə yerinə yetirib.

   Tibb xidməti mayoru Gulnarə Tağıyeva Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin hərbi hospitalında hərbi həkim kimi  xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına (Əhalinin sağlamlığının qorunması haqqında qanun və digər  tibb xidməti üzrə müvaviq normativ hüquqi aktların) hərbi andın, hərbi nizamnamələrin tələblərinə, hippokrat andına həmişə sadiq qalmaqda, vəzifə borcuna əməl etməkdə şəxsən bir çox hərbi həkimlər üçün nümunə olmuşdur.

    Gülnarə Tağıyeva Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin hərbi hospitalında xidmət etdiyi illər ərzində bilik və baçarığını heç vaxt əsirgəməmiş, ona həvalə edilmiş vəzifələri, tapşırıqları, göturdüyü öhdəliyi layiqincə yerinə  yeritməklə , hərbi həkim adına sadiq qalmaqla Daxili Qoşunlarda bir hərbi həkim kimi şərəflə xidmət etməyi özünə qürur hissi hesab edərək Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir

     Ali dərəcəli həkim, ehtiyyatda olan tibb xidməti mayoru Gulnarə Tagıyeva peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün 31 illk şərəfli xidməti yolunun iyrimi bir ilini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin  hərbi hospitalında kecirmişdir.

     Gülnarə Tagıyeva Daxili Qosunların Bas İdarəsinin hərbi hospitalında xidmət edərkən,  funksional dioqnostika və laboratoriya söbəsinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində bir baş zabit ( ali dərəcəli həkim) kimi üzərinə

düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

     Ehtiyyatda olan tibb xidməti mayoru Gülnarə Tağıyeva xidmət vəzifələrinin icrasına məsuliyyətlə yanaşdığına görə o, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hospital rəisinin və onun müavinlərinin müvafiq əmrləri ilə  döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     O,xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Silahlı Qüvvələrin yaranmasının  10- illik  90-ıllık və 95 illk  ilik yubley, Qüsursuz xidmətə görə isə  1-ci, 2-ci və 3- cü dərəcəli medallarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, GÜLNARƏ XANIM!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın:
  • 83
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •