15 SENTYABR: NURU PAŞA İLƏ ÇİYİN-ÇİYİNƏ VURUŞAN KÜRDƏXANALI KAMİL

Bakıda erməni-müsəlman davasında Nuru Paşanın könüllüləri sırasında vuruşan əslən Bakının Kürdəxanlı kəndindən olan Qasımov Kamil Kərbəlayi Qasım oğlu da vardı.

Onun döyüş yolu Bakı, Şamaxı, Qarabağ-Şuşaya qədər gedib çıxmışdır. Bu, onun çox gənc yaşlarında iştirak etdiyi ikinci özünün dediyi kimi desək «dava» idi.



İlk dəfə, hərbi xidmətə çağrılan özündən böyük qardaşı Lazımı (nişanlı olduğu üçün) ailənin qərari ilə əvəz etmişdir. (o dövrün dili ilə desək «qardaşının yerinə ölümə getmişdir»). Boyunu artırmaq üçün ayaqqabılarına əlavə alt və daban vuraraq 15 yaşında sıralara qatılmışdır. Hərbi xidməti başa vurub qayıdan kimi Nuru Paşanın komandalığı etdiyi hərbi sıralara qoşulmuşdur.

O, üçününcü dəfə 1941-45- ci il müharibəsinin iştirkaçısı olmuş, döyüşlərin ən qızğın bölgələrində -Krım, Kreç və Mazdok cəbhələrində döyüşmüşür. Müharibənin sonuna yaxın yaralanmış, mərmi sol əlinin barmaqlarını aparmış, bədənində düşmən mərminsinin qəlpələri ilə ordudan təxris olunmuşdur.

«Üç dava» görmüş Kamilin Nuru Paşa ilə bağlı xoş xatirələri onun ömrünün sonuna kimi ən böyük öyüncü olmuşdur.

Qasımov Kamil Kərbəlayı Qasım oğlu namuslu, ləyaqətli, mərd və halal bir ömür sürmüş, 1973-cü ildə dünyasını dəyişmiş, doğulub böyüdüyü Bakının Kürdəxanlı kəndində dəfn olunmuşdur.

Bu xəbəri paylaşın: