Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbələrinin üzvləri şəhid Orxan Mehman oğlu Mirzəyevin şəhadətdə ilk doğum gününü məzarı başında qeyd ediblər.
Şəhid Orxan Mirzəyevin məzarını ziyarət edən müharibə veteranları, şəhidlərimizi anmaqla yanaşı, onların ruhlarına dualar oxumuşlar.
Bu barədə məlumatı AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov verib.
Xatırladaq ki, şəhid Orxan Mehman oğlu Mirzəyev 44 günlük Vətən müharibəsində şəhid olub və doğulduğu Biləsuvar rayonunda dəfn olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın:
