GÜNEY (Cənubi) AZƏRBAYCANDA ERMƏNİLƏRİN AZƏRBAYCANLİLARA QARŞI SOYQIRIM PLANI

Erməni qardaşlarıyla Azərbaycana qarşı olanlar quran «Şərqin fahişəsi» titullu İranın və fars şövinizmi nökərlərinin menyüsünə…

17 MART 1918 Cİ İL .


Cilə (Assur) , erməni, rus və fransızlardan ibarət qiyamçı Xiristian Birliyi


Urmiya SOYQIRIMI — Faktlarla

İran tarixçisi Seyid Əhməd Kəsrəvi yazır: “12 min Cilə (assuriyalı ) (İranda asuriyalılara Cilə deyilir) ailəsi başçıları Marşimonla Osmanlı ərazilərindən Urmiyaya gəldilər. 20 min erməni və assuriyalı ailəsi isə Urmiya, Salmas, Sulduz ətrafından onlara qoşuldu. üstəlik 5-6 min erməni İrəvan, Van və Naxçıvandan gəlib bunlara birləşdilər. Bunların 20 mini yaxşı döyüşən döyüşçü idi. 800 rus əsgəri isə Rusiyaya getməyib onlarla qaldı, 72 fransız sərkərdəsi ilə xristianlara yol göstərdilər. Erməni və assuriyalılardan təşkil olunmuş xristian qoşununun 25 ədəd topu da var idi”.

Böyük canlı qüvvə və hərbi sursat toplamış erməni-assur birləşməsi tezliklə Urmiya şəhəri ətrafında səngər qurub mövqe tutur, şəhər camaatını yersiz yoxlamalarla soyub talan edirdilər. Şəhər rəhbərlərinin və ağsaqqallarının çoxsaylı müraciətlərinə məhəl qoymayan ermənilər gündüz barışığa vəd versələr də, gecələr bu vədi pozaraq qanlı cinayətlər törədir, şəhərin ayrı-ayrı məhəllələrini yandırıb yaxırdılar. Bu açıq hərbi müdaxilələr, sadəcə, tüfənglə deyil, topların dağıdıcı atəşləri ilə müşayiət olunur, yerli əhali arasında böyük tələfata səbəb olurdu. Artıq heç bir yandan kömək görməyən azərbaycanlılar sadə odlu silahlarla müdafiəyə qalxırlar. Xüsusən erməni-assur mövqelərinə yaxın yerləşən Yurdşah, Əskərxan, Məhdəlqədər məhəllələrində yaşayanlar arvad-uşaqları başqa yerə köçürüb döyüşə atılmağı qərara alırlar .

Ə. Kəsrəvi bu döyüşü belə təsvir edir: “Müharibə səhər tezdən başlandı. Ermənilər Dialə və Cuhud dağlarından şəhəri top atəşinə tutdular. Əhali xristianların topunun da olduğunu görüb qorxuya düşdü. Hər tərəfdən şəhərə yürüş etdilər, Əskərxan, Məhdəlqədər, Yurdşah və Seyid Hüseyn bağı küçəsi yürüşə məruz qaldı.


Evlər talanıb yandırıldı » .


Həmin gün axşam Şəhər küçələrinə soxulan erməni qoşunu dinc əhaliyə divan tutub talan və dağıntıları davam etdiriblər. Dini missionerlərin başçısı Mister Şed döyüşləri şəhər tam təslim edilənə qədər davam etdirməyi məsləhət görür.

Azərbaycanlıların soyqırımını gözləri ilə görmüş Motemed-Əlvözəra öz qeydlərində belə məlumat verir:


“Səhərə kimi atışma kəsilmədi. Səhər hökumət mərkəzinə gəldim. Raportlardan məlum oldu ki, gecə dəhşətli faciələr baş verib. Ciləlar və ermənilər hücum edib təxminən 500 evi odladılar, azərbaycanlı əhalini qətlə yetirdilər. Lakin qırğın səhəri gün də davam etdi. Həmin gün qırğında 10 minə yaxın günahsız azərbaycanlı qadın və uşaq qətlə yetirildi » .

#GizliFAYL

Bu xəbəri paylaşın: