AVMVİB sədrindən bayram təbriki

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri olaraq, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə ölkəmizdə və dünyanın müxtəlif guşələrində yaşayan bütün azərbaycanlıları səmimi-qəlbdən təbrik edirəm.

31 Dekabr xalqımızın milli birliyinin, həmrəyliyinin və Vətənə bağlılığının təcəssümüdür. Məhz bu birlik və həmrəylik sayəsində Azərbaycan bu gün güclü, qalib və söz sahibi olan bir dövlətə çevrilmişdir. Yeni İl isə bu həmrəyliyin daha da möhkəmlənməsi, ümidlərin yenilənməsi və gələcəyə inamla baxılması deməkdir.

Bu əlamətdar günlərdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyirəm. Şəhid ailələrinə səbr və dözüm, qazilərimizə, müharibə veteranlarına və müharibə əlillərinə möhkəm cansağlığı və uzun ömür arzulayıram. Onların fədakarlığı və qəhrəmanlığı müstəqil və suveren Azərbaycanın əbədiyaşar təməlidir.

Azərbaycanın bu gün əldə etdiyi tarixi Zəfərin və möhtəşəm nailiyyətlərin əsas memarı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli, müdrik və uzaqgörən siyasətidir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi davamlı diqqət və qayğı dövlətin humanist və güclü sosial siyasətinin bariz nümunəsidir. Bu liderlik Azərbaycanı aydın sabahları olan güclü dövlətə çevirir.

Bu əlamətdar günlər münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, hər birinizə sağlamlıq, ailə səadəti, firavanlıq və əmin-amanlıq arzulayıram. Qoy dünya azərbaycanlılarının həmrəyliyi daim möhkəm olsun, Yeni İl qalib Azərbaycan üçün yeni uğurlar, yeni zəfərlər gətirsin.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl mübarək olsun!
Azərbaycanımız daim var olsun!

Dərin hörmətlə,
Azərbaycan Vətən Müharibəsi Veteranları
İctimai Birliyinin (AVMVİB) sədri
Füzuli Rzaquliyev

Bu xəbəri paylaşın: