Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:
Hörmətli cənab Prezident,
Sizi — Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi doğum gününüz münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin müdrik, uzaqgörən və qətiyyətli rəhbərliyiniz altında Azərbaycan dövləti şanlı tarixinin ən möhtəşəm səhifələrindən birini yazmış, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu tarixi Zəfər xalq–Prezident–Ordu birliyinin parlaq nümunəsi olmaqla yanaşı, Sizin liderliyinizin və siyasi iradənizin təntənəsidir.
Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, müharibə veteranlarına və qazilərimizə göstərdiyiniz davamlı diqqət və qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasəti AVMVİB üzvləri və bütün veteranlar tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar, müstəqil və qüdrətli Azərbaycan naminə gördüyünüz şərəfli işlərdə daim müvəffəqiyyətlər arzulayıram. Mən başda olmaqla bizim təşkilatımız Sizin sadiq əsgərlərinizik və bir döyüşçü kimi daim əmrinizə hazırıq.
Doğum gününüz mübarək olsun, cənab Prezident!
Dərin hörmətlə,
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları
İctimai Birliyinin sədri
