Fransaya milyardlarla zərbə: “Kürəyimizdən vurulduq”

Avstraliyanın Fransadan 90 mlrd dollarlıq 12 sualtı qayığın alınması ilə bağlı bağladığı müqavilədən imtina etməsi Fransa hökumətinin qəzəbinə tuş gəlib.

Fransa Xarici işlər naziri Le Drian Avstraliyanın Fransa müdafiə sənayesi üçün  “əsrin müqaviləsi” olaraq da qəbul edilən 12 nüvə enerjili sualtı gəmisi almaq üçün 2016-cı ildə imzalanan  90 milyard dollarlıq müqaviləni ləğv etməsini arxadan vurulan zərbə kimi dəyərləndirib.

Fransa XİN başçısı Jan-İv Le Drian “Fransa.info”ya müsahibəsində  Avstraliyanın Baş naziri Skot Morisonun Fransız Hərbi Dəniz Qüvvələri şirkətindən 12 sualtı gəmi satın almasını ləğv etdiklərini, ABŞ və İngiltərə ilə nüvə enerjisi ilə işləyən sualtı qayıqların inşasına razılıq verdiklərini bildirməsinə kəskin reaksiya verib.

“Biz həqiqətən də arxadan vurulduq. Avstraliya ilə etibarlılıq əlaqəsi qurmuşduq və bu etimada xəyanət edildi”- fransalı nazir qeyd edib.

Bu məsələdə ABŞ prezidenti Co Baydenin idarəçiliyini də tənqid edən Le Drian deyib ki, bu “birtərəfli, kobud və gözlənilməz” qərar ABŞ-ın keçmiş prezidenti Donald Trampın davranışını xatırladır. 

ABŞ, İngiltərə və Avstraliyanın liderləri AUKUS adı altında yeni bir təhlükəsizlik əməkdaşlığı qurulduğunu və bu çərçivədə ABŞ və İngiltərənin nüvə enerjisi ilə işləyən sualtı texnologiyasını Avstraliya ilə bölüşəcəyini açıqlayıblar.

Mənbə: Ölkə.Az

Bu xəbəri paylaşın:
  • 16
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •