TƏBRİK: MƏHƏROV ELMAN VİLAYƏT OĞLU — 55

    AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan polkovnik Məhərov Elman Vilayət oğlunu doğum günü munasbetilə təbrik edir, ona həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

   Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    Ehtiyyatda olan polkovnik Məhərov Elman Vilayət oğlu 17 sentyabr 1966-ci  ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. Atası  Vilayət Məhərov MN- nin  Biləcəri qəsəbəsində yerləşən Respublika  Hərbi Ximətə cagırış üzrə Hərbi həkim komissiyasının sədri vəzifəsində xidmət etmişdir .

    O,1973- cü ildə Bakı şəhərində bir nömrəli  Dəmir yolu məktəbin birinci sinfinə getmiş 1984-cü ildə həmin məktəbi bitirdikdən sonra SSRİ Müdafiə Nazirliyinin Ulyanovsk  Vilayətində yerləşən arxa cəbhə ximələri üzrə ali hərbi məktəbə daxil olmuş  1988-ci ildə  isə həmin məktəbi bitirmişdir.

    Elman Məhərov Ali hərbi məktəbi bitirdikdən sonra SSRİ Müdafiə Nazirliyinin Sakit okeanın adasında yerləşən hərbi dəniz donanmasında  hərbi hissənin yanacaq sürtgü materialları xidmətinin rəisi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş idarəsinin Yanacaq Sürtgü Ximətinin rəisi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə  Ümumqoşun Ordusunun  yanacaq sürtgü materialları xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinidə isə «N» saylı  hərbi hissə komandirinin müavinini vəzifəsində xidmət edib. O,Silahlı Qüvvələrdən ehtiyyata buraxldıqdan sonra Bakı şəhərində bayraq meydanın rəis müavini vəzifəsində işləyib.

     Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa mübarizədə, qanusuz silahlı dəstələrin   zərərsizləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və  cəzaçəkmə müəssisələrində  kütləvi ixtişaşların qarşlsının alınmasında, dövlətin ərazi bütövlüyün təmin edilməsində (Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə) üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə  gəlmişdir

     O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin,direktivlərin, təlimatların, əsanamə və əmirlərin  tələblərinə və vəzifə borcuna əməl  etməkdə Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

    İşgüzarlığı, yüksək intellektual səviyyəsi və idarəçlik qabiliyyəti nəzərə salınaraq, Elman Məhərov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinində Yanacaq Sürtgü Materialları Xidmətinin rəisi vəzifələrində xidmət etdiyi illər ərzində dünyanın  bir sıra  inkişaf etmiş ölkələrinin təcrübəsini nəzərə alaraq, YSM xidməti üzrə normativ hüquqi bazanın yaradılmasında fəlal iştirak edib.

    Polkovnik Elmar Məhərov peşəkarlığı və humanistliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə, təcürbəsi ilə, sadəliyi və səmimiyyət ilə, dəqiqliyi və təmkinliyi ilə secilən ən məhsuldar dövrünün dövrünün 24 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirərək, ona həvalə edilmiş vəzifə və tapşırıqlarının  yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.

   O, Daxili Qoşunların Baş idarəsinin Yanacaq Sürtgü Materialları Xidmətinin rəisi vəzifələrində xidmət etdiyi illər ərzində hərbi hissə və əlahiddə bölmələrdə Kecirlən təftiş, yekun, kompleks və məqsədli qrupların tərkibində olarkən,öz səmərəli fəaliyyəti ilə, təşkilatçılıq bacarığı ilə,  daimi Daxili Qoşunlar  Komandanlıgnin daimi diqqət mərkəzində olmuşdur. Daxili Qoşunların Bas İdarəsinində hər  tədris ilində  komandir hazırlığı üzrə kecirlən yekun yoxlama imtahanlarında  «əla» qiymətlər  aldıgına görə  Daxili Qoşunlar Komandanı və onun müavinləri tərəfindən  həvəsləndirmə qaydasında mükafatlandırıb.

    O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbici kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümnə olmuşdur.

   Ehtiyyatda olan polkovnik Məhərov Elman Vilayət oğlu  Xidmətdə fəriqləndiyinə görə O, SSRİ Müdafiə  Nazirnin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın  Dövlət Sərhəd Xidmətiini rəisinin və onun müavinlərinin,Təhsil aldığı ali hərbi məktəb və kursant olduğu bölik   komandirinin , hərbi  hissə   komandirinin müvafiq əmrləri ilə bir sira əla xidmətlərə görə döş və yuiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezıdentı adından  SSRİ Müdafiə Nazirinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Azərbaycan Respublikasının Dövlət Sərhəd xidmətinin rəisiinin müvafiq əmrləri SSRİ Silahlı Qüvvələrinin  yaranmasının  70 illiyi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 və 90 ilik yubiley, Qüsursuz   xidmətə görə  1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif edilib.

BİR İL DAHA BİTDİ, AMMA HEC VAXT KƏDƏRLƏNMƏ Kİ, ZAMAN TEZ KECİR DEYƏ…UNUTMA Kİ, HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLIN SONUNDA GERİYƏ BAXDIGINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ  İLDİ » DEYƏRSƏN…BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ. XOŞBƏXT İLLƏRƏ…

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: