AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan mayor İlqar Ibrahimovu doğum günü munasbətilə təbrik edir, ona həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy mayor İlqar İbrahimovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun olaraq onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
İlqar Ibrahimov 17 sentyabr 1976-ci ildə ziyalı ailəsində anadan olub .O,orta məktəbdə oxuduğu illər ərzində qabaqcıl, nizam və intizamlı şagirdlərdən biri olub. Onun orta məktəbdə məqsədi yaxşı oxumaq, ali təhsil müəssisələrinin birində təhsil almaq, dövlətmizin qabaqcıl övladlarınıdan biri olmaq idi. Nəhayət orta məktəbi bitirdikdən sonra ali məktəbə daxil olduğu müddətdən həmin ali məktəbi bitirənədək tələbə yoldaşları arasında hörmətli, dəyərli, savadlı olmaqla bərabər, həmişə mehriban olmuşdur. O, orta və ali məktəblərdə təhsil aldığı, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində isə bütün müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində bütün ictimai işlərdə fəal iştirak etmişdir.
Ehtiyatda olan mayor İlqar Ibrahimov 1998 ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Xəzər rayonunda yerləşən zabitlər hazırlayan hərbi məktəbi bitirdikdən sonra ,Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin xidməti fəaliyyəti ilə yaxindan taniş olmaq məqsədilə Ankara, İstanbul, İzmir və Foce şəhərlərində işgüzar səfərdə olmuşdur.
İlqar Ibrahimov Daxili İşlər nazirliyinin Daxili qoşunlarının bas idarəsində məxfi hissədə müxtəlif vəzifələrdə, Binəqədi, Xəzər ,Quba ,Xətai rayonunda yerləşən hərbi hissələrdə isə müdddətli həqiqi hərbi xidmətdə əsgər, taqım komandiri, ərzaq və əşya xidmət rəisi vəzifələrində xidmət etmişdir.
O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin,direktivlərin, təlimatların, əsanamə və əmrlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, fövqaladə vəziyyətin təmin edilməsində üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
O,peşəkarlığı və səmərəli fəaliyyəti ilə, təşkilatçılıq bacarığı ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə seçilən ən məhsuldar dövrünün cox bir hissəsini Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının Bas İdarəsində və hərbi hissələrində hərbi xidmətdə kecirərək Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
İlqar İbrahimov Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində, xidməti vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının, onun müavinlərinin , katiblik və məxfi hissə rəslərinin , hərbi hissə komandirinin və onların müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
O, xidmədə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə bir sıra medallarla təltif edilmişdir
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, İLQAR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev