Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbələrinin üzvləri şəhid İsmayıl Elçin oğlu Qədirlinin şəhadətdə ilk doğum gününü qeyd ediblər.
Şəhid İsmayıl Elçin oğlu Qədirlinin ailəsini ziyarət edən müharibə veteranları, şəhidlərimizi anmaqla yanaşı, onların ruhlarına dualar oxumuşlar.
Bu barədə məlumatı AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov verib.
Xatırladaq ki, şəhid İsmayıl Elçin oğlu Qədirli 44 günlük Vətən müharibəsində şəhid olub və doğulduğu Biləsuvar rayonunda dəfn olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
