Rusiyada dünəndən etibarən Duma seçkisinə start verilib.
Seçki bütün ölkə ərazisində üç gün ərzində davam edəcək. Bu faktın özü seçkidə iştirak edən bəzi partiyalar tərəfindən isti qarşılanmayıb. Partiyalar bunun seçki saxtakarlığına gətirib çıxaracağını bildiriblər. Bununla belə artıq seçki ölkənin şərqindəki vilayətlərdə start götürüb.
Rusiyada keçirilən budəfəki seçkini önəmli edən əsas məqamlardan birinin onun koronavirus pandemiyası fonunda baş tutmasıdır.
Rusiya hökuməti bununla əlaqədar olaraq misilsiz sanitar təhlükəsizlik tədbirləri gördüyünü elan edib.
TASS -ın verdiyi məlumata görə Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin onlayn səsvermədə iştirak edib.
Kremlin sözçüsü «Putin onlayn səs verdi» deyib. Bu, prezidentin seçki məntəqəsində deyil, onlayn yoluyla ilk dəfə səs verməsidir.
Çərşənbə axşamı, dövlət başçısı, ətrafındakı koronavirus infeksiyası səbəbiylə özünü təcrid etmək məcburiyyətində qaldığını söyləmişdi.
Uzaqdan elektron səsvermənin aparıldığı yeddi bölgənin sakinləri seçkilərdə onlayn səs verə bilərlər. Bunun üçün 13 sentyabr Moskva vaxtı ilə 23: 59 -a qədər qeydiyyatdan keçmək mümkün idi: Dövlət xidməti portalında və ya mos.ru -da (moskvalılar üçün) təsdiq edilmiş bir hesab lazımdı.
Xatırladaq ki, Kreml COVID-19 infeksiyası səbəbindən özünütəcrid rejiminə keçən Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı açıqlama yayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidentinin özünü yaxşı hiss etdiyini söyləyib.
O, Putinin özüntəcrid rejiminin nə vaxtadək davam edəcəyini açıqlamayıb.
https://vk.com/video-25280329_456253562?t=2s
