Döyüşçülər yaxşıları və yaxşılığı heç zaman unutmurlar

Vətənpərvər olmaq, Vətəni sevmək, böyuk məfhumdur. Əsas şərt əlinə silah alib, Vətənin keşiyində durmaqla bitmir. Vətən sevgisi hər bir vətəndaşın qanında, canında olmalıdır. Sosial durumundan asılı olmayaraq, hər birimiz öz işimızlə, elmimizlə vətənimizə elə xidmət etməliyik ki, qarşı tarəf bizdə olan o böyük sevginin nədən qaynaqlandığını anlaya belə bilməsin.

Vətəni sevmək imandandır. Elə pesə sahələri var ki, insanlar gec və ya tez bu pesə sahiblərinə muraciət edirlər. Tibb sahəsi ən məsuliyyətli bir sahədir. Bu sahədə calışan insanlar çox diqqətli, qayğıkeş, nəzakətli olmalıdirlar. Son illər ərzində həkimlərimiz öz həyatlarını təhlükəyə ataraq, ailələrindən, övladlarından uzaqda, ağır və havasız geyimlərdə gecə-gündüz demədən koronavirus xəstələrinin sağalması üçün səfərbər oldular. Bu uğurda neçə-neçə həmkarımız həyatlarını itirdilər. Nə yazıq ki, koronavirusla mübarizəmiz nəinki bitməyib, gündən günə artmaqda, ağırlaşmaqda və təhlükəli vəziyyət almaqda davam edir.


Sentyabrın 27-dən isə ölkəmiz 30 ilə yaxındır işğal altında olan torpaqların azadlığı üçün mənfur düşmənlə müharibəyə başladı. Bu müharibədə bütün xalqımız səfərbər oldu. Ali Baş Komandanımızın rəhbərliyi ilə əsgərlərimiz, hərbçilərimiz ön cəbhədə, hökümət nümayəndələrimiz siyasət masasında, analarımız, bacılarımız, atalarımız, övladlarımız isə arxa cəbhədə qələbə üçün çalışdılar.


Onlarla, yüzlərlə həkimlərimiz, tibb işçilərimiz könüllü şəkildə bu müharibəyə qoşuldular, yaralı hərbçilərimizi həyata qaytarmaq, şəhid sayının minimum olması üçün öz həyatlarını təhlükəyə atıb güllənin, mərminin altında vəzifələrini icra etdilər. Təsadüfi deyil ki, şəhidlərimiz arasında həkimlərimizin də adlarına rast gəlirik. Və II Qarabağ müharibəsində tək qadın şəhid də məhz tibb işçisi oldu.


Bu gün də həssas təbəqə sayılan şəhid ailələri, qazilər, veteranlar tibb işçilərinə daha çox müraciətlər edirlər.


Səhətimlə əlaqədar müraciət etdiyim «EGE hospital»da kordioloq-həkim Şəmşir Vəliyev ilk görüşüm məndə bu insanda vətənpərvərlik hissinin yüksək olması, doğrusu məni çaşdırdı. Sanki qarşısında dayanan insan onun ilk dəfə gördüyü insan deyil, uzun illər tanıdığı, hörmət bəslədiyi biridir.


Səbəbin üstü örtülü soruşanda onun müharibə iştirakçılarina qarşı xüsusi sevgisi və rəğbəti olduğunü soylədı və əlavə etdi ki, mən də VƏTƏNƏ borcumu belə yerinə yetirirəm.


İnvazit kordioloq Şəmşir Vəliyevi gəlin yaxından tanıyaq, deyə bu sözləri yazdım. Biz — döyüşçülər, yaxşıları və yaxşılığı heç zaman unutmuruq.


Bir daha buradan həkim Şəmşir Vəliyevə uğurlar diləyir və sağ ol deyirəm…

Sadiq Qədirli

Müharibə veteranı, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi

Bu xəbəri paylaşın: