Azərbaycan tərəfinə keçən 2 erməninin son telefon danışığı: “Biz əsir düşdük”

Xəbər verdiyimiz kimi, Zəngəzurda Qırxbulaq (Kotayk) rayonunun Kasax kəndinin 2 sakini Gorus-Şahverdilər yolu ilə gedərkən azaraq Azərbaycanın nəzarətində olan əraziyə keçib.

“Qraparak” qəzeti mövzu ilə bağlı Kasax kəndinin rəhbəri Ara Mkrtçyanla söhbət edib və onların Azərbaycanın nəzarətində olan əraziyə necə keçdiyini öyrənib.

O, hər iki gəncin hərbi xidmətdən bu yaxınlarda buraxıldığını söyləyib.

Zəngəzura niyə döndüklərinə gəldikdə isə icma rəhbəri onlara hərbçi yoldaşlarının yanına getməyi təklif edib.

Axşam saatlarında valideynlər oğullarının Azərbaycanın nəzarətində olan ərazidə olduqlarını anlayıblar, çünki gənclərin valideynləri ilə telefon danışığı məhz o anda sona çatıb. ” Biz əsir düşdük” deyə əlaqə kəsilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti gecə saatlarında 23:45-də Azərbaycan tərəfinin Azərbaycanın nəzarəti altında olan ərazidə olan iki vətəndaşı geri qaytardığını bildirib.

Erməni mətbuatının məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bu barədə bildirilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya FTX sərhədçilərinin həyata keçirdikləri tədbirlər nəticəsində hər 2 vətəndaş geri qaytarılıb.

Bu xəbəri paylaşın: