Paşinyan öz ampulasında: «2 erməni dövləti yaşadıqca, qəhrəmanlarımız yaşayacaqdır»

Ermənistanın Baş nazir Nikol Paşinyan İrəvandakı Respublika Meydanında müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirdəki çıxış edib.

Paşinyan çıxışına Ermənistanın 30 illik müstəqillik tarixinə ekskurs edərək yenə quşlayıb: «Uğur və uğursuzluq, qələbə və məğlubiyyət, göz yaşı və sevinc, ilham və ümidsizlik, heyranlıq və məyusluq, müharibələr, qələbə və məğlubiyyət görəcəyik. İndi sual, necə yaşayacağımız və uşaqların, dul qadınların, ataların gözlərinə necə baxacağımızdır.  Verilmiş qurbanların mənasız sayılmaması üçün nə etməli? Bizim ən böyük vəzifəmiz müstəqil bir dövlətin gələcəyi üçün doğru təlimatları formalaşdırmaqdır».

Paşinyan öz çıxışında Azərbaycana qarşı yenə işğalçı niyyətlərini gizlətməyib: «Məğlubiyyətimizi qələbəyə çevirməliyik. Qəhrəmanlar Ermənistan və «Artsax» uğrunda öldülər. 2 erməni dövləti yaşadıqca, qəhrəmanlarımız da yaşayacaqdır, «Artsax» və Ermənistan respublikaları inkişaf edərkən bu, onların qurbanlarının olmadığını göstərir. Söhbət uşaqlarının, qardaş və bacılarının vətənindən gedir”.

Bu xəbəri paylaşın: