Qarabağ uğrunda döyüşlərin, o cümlədən Daşaltı əməliyyatının iştirakçısı, AVMVİB-nin təşkilatlanmasında xüsusi xidmətləri olan, AVMVİB NTK sədri Niyazi Quliyevin 58 yaşı tamam olur.
Niyazi Quliyev AVMVİB-nin fəaliyyətində NTK sədri kimi müstəsna xidmətləri olan veteranlarımızdandır. Ağır döyüşlərin sınağından çıxmış Niyazi Quliyev bu gün də iştirakçısı olduğu Daşaltı əməliyyatında itkin düşən döyüş yoldaşlarının taleyi ilə maraqlanır və şəhidlərin siyahısını tərtib etməsi ilə tanınır.
44 günlük Vətən müharibəsi günlərində də daim öndə əsgərlərimizin yanında olmağa və Vətənimizin düşmən tapdağından azad edilməsinə öz töhfəsini verməyə çalışdı. Hər bir veteran kimi ən ümdə arzusu doğma torpaqlarımızın yağı düşməndən təmizlənməsi arzusuna çatan veteranımıza bütün arzularına çatmaını arzulayırıq.
Ad günü münasibətiylə Niyazi bəyi təbrik edir, uzun ömür və bu ömrü könül xoşluğu ilə keçirməsini arzu edirik!
100 yaşa, Niyazi bəy!
Bütün gözəlliklər sənin olsun…
AVMVİB RƏHBƏRLİYİ VƏ FEDAİ.AZ KOLLEKTİVİ


