Peşəkarlığı və humanistliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyəti ilə secilən ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində müxtəlif rəhbər vəzifələrdə keçirən müharibə veteranı, ehtiyyatda olan polkovnik -leytenant Bayramov Səfxan Cəfər oğlunun 23 sentyabrda 56 yaşı tamam olur.
Bu gün münasibətilə AVMVİB rəhbərliyi, Fedai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Səfxan Cəfər oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, ona maraqlı həyat, mənalı ömür, həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Bayramov Səfxan Cəfər oğlu Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanusuz silahlı dəstələrin zərərsizləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyün təmin edilməsində (Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə) üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN SƏFXAN BƏY!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KECİR DEYƏ…
UNUTMA Kİ, HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLIN SONUNDA GERIYƏ BAXDIGINDA ÜMÜD EDİRƏM, BİR «MÖCÜZƏ İLDİ » DEYƏRSƏN. BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev