Xankəndində Azərbaycan dili Təlim kursları açılır

Oktyabr ayının 1-dən etibarən Xankəndində Azərbaycan dili Təlim kursları açılır.

Bu haqda «Artsaxpress» saytının müxbirinə məlumtı Azərbaycan dili üzrə mütəxəssis Yaşa Çöpçiyan bildirib.

O, deyib: «Universitetdə keçiriləcək kursalr oktyabr ayının 1-də başlayacaq. Həftənin 3 günü, saat 18:00 -da başlayacaq və 3 ay davam edəcək. Bu müddət ərzində iştirakçılar əlifbadan başlayaraq hərbi terminləri, müasir Azərbayan dilini və dialektləri öyrənəcəklər.

İştirakçılar arasında yaş məhdudiyyəti yoxdur. Düşmənin dilini bilmək hazırkı dövrdə həqiqətən də aktualdır».

O, əlavə edərək bildirib ki, kurslarda iştirak etmək üçün vətəndaşlar saytlarda qeyd olunan telefon nömrəsinə zəng edib qeydiyyata alına bilərlər.

Qeyd edim ki, bir neçə gün əvvəl İrəvanda da yeni Azərbaycan dili Mərkəzinin açılması barəsində erməni mətbuatı geniş məlumat vermişdi.

İsmayıl TANRIVERDİ

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin Direktoru

Bu xəbəri paylaşın: