Desək ki, bu gün İranda «it yiyəsini tanımır», inanın ki, «heç yiyəsi də itini tanımır». Çünki cübbəli mollaların illərcə erməni terrorçuları və ABŞ sanksiyalarını heçə sayan Ermənistanla 1 milyard dolları hədəflədiyi siyasəti suya düşüb. Qazanc əldən çıxdıqca mollaların cini — şəyatinləri təpələrinə vurur. Təsbehi tullayıb bu komersant-mollalar itirilən qazanclarının hesablayan kalkulyatorlarla oynayırlar.
Paşinyanın cəddi sizə qənim olsun. Maraqlı burasıdır ki, qondarma «dağlıq Qarabağ» problemindən əl çəkə bilməyən ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi onun İrana qarşı sanksiyalara nəzarət etmək əvəzinə az qalır ki, gedib yolda qalmış İran maşınlarını arxasına qoşub çəksin. ABŞ da unutmasın ki, onun Qarabağa həmsədr kimi qayıtması artıq tarixdir. 30 illik səmərəsiz və tərəfkeşlik ABŞ-ın Treysi kimi səfirləri ucbatından cəhənnəmə getdi…
İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Baqirinin “Armenpress” bu sözlərini yayıb: “Azərbaycana 4000 raket atılacaq və Bakı məhv ediləcək”.
O, münaqişənin kəskinləşəcəyi təqdirdə Azərbaycana 4000 raket ataraq, Bakını məhv edəcəkləri barədə sərsəmləyib. Bu «siğədən doğulmuş bicənək» unudur ki, İranın hər köşəsində 50 milyon raketimiz var. Hər Türk bir raketdir. İngilisin, fransızın siğəsindən doğulmaları azmış kimi, deyəsən bu adamlar erməni faşistlərinin şiə məscidlərində saxladıqları donuzların ətiylə bəsləniblər. Ona görə də qanları erməniyə qardaş deyir.
Tezliklə İranı bu şüarlar bürüməlidir: «TEHRAN AZƏRBAYCANDIR!» «TƏBRİZ AZƏRBAYCANDIR!» «HƏMƏDAN AZƏRBAYCANDIR!» «ZƏNCAN AZƏRBAYCANDIR!» «SULDUZ AZƏRBAYCANDIR!» «URMİYA AZƏRBAYCANDIR!»…»İRAN-AZƏRBAYCANDIR!»
Çünki molla rejimi illərdir ki, İran xalqını və o cümlədən də 50 milyon nəfərlik Türk nüfuzu ikiqat əsarət altında saxlayır. Ən təbii haqları əlindən alınmaqla yanaşı, onlar bu molla rejiminin yanlış siyasəti sayəsində «çörək uğrunda mübarizə»yə cəlb ediliblər.
Belə çıxır ki, deyəsən vəziyyətin qəlizliyini görüb İranın prezidenti «qaçıb», Ali dini lider Əli Xameneyi isə «ölüb»…
Fedai.az Araşdırma Qrupu
