Cəbrayıllı ziyalılar və ictimaiyyət nümayəndələri hərbi hissədə olublar

26 sentyabr 2021 — ci ildə Şanlı qələbəmizin ildönümü münasibəti ilə bir qrup Cəbrayıl sakini rayon ərazisində yerləşən ‘ N» saylı hərbi hissənin şəxsi heyəti ilə görüşüblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Cəbrayıl ərazi özünümüdafiə taburunun keçmiş komandiri Vaqif Əlisoy məlumat verib.


Şəhid valdeynləri, Qarabağ qaziləri və veteranları, Azərbaycanın əməkdar artistləri — Gülüstan Əliyeva (həyat yoldaşı şəhiddir), İlkin Əhmədov, ziyalılar əsgər, zabitlərimizi bu möhtəşəm qələbənin ildönümü münasibəti ilə təbrik edib və bu müqəddəs yolda şəhid olmuş hərbçilərimizi anıblar.


Şəhidlərimizi hörmətlə yad edib, belə oğullar yetişdirən valdeynlərə minnətdarlıq etdilər.


Çıxış edən hərbi hissə komandiri qonaqlara təşəkkür edib belə görüşlərin şəxsi heyətə mənəvi — psixoloji təsirindən danışdı. Qonaqları və xalqımızı əmin etdi ki, Azərbaycan ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə və ordunun qarşısında qoyulan vəzifəni icra etməyə hər an hazırdır.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: