Döyüşçü o günləri belə xatırlayır…

26.09.2020-ci il. Bu şəkildən düz 2 saat sonra bizi evdəkilər ilə vidalaşmağa göndərəcəklər.

27.09.2020-ci il tarixində tam heyətlə çıxdıq Pirəküşküldən. 44 gündən sonra isə 7 nəfər qardaşımız bizimlə qayıtmadı. Onlar geri dönmədilər, amma əbədiyyən bizimlədirlər. Bu gün onların günüdür…

Onlar ən uca zirvəni seçdilər. Onları geriyə sağ-salamat gətirə bilmədiyim üçün hamısının valideynlərindən, ailələrindən üzr istəyirəm.

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin! Bu döyüşdə şəxsən tanıdığım qardaşlarımı itirdim. Məmmədov Fikrət, Ağayev Həmdəm, Hüseynov Nazim, İmanquliyev Ruslan, Məmmədov Kənan, Əsgərov Xaqani, Əlisoltanov Vahid, Hüseynli İbrahim, Fərzullazadə Mehdi, Nəsirov Qara, Abbasov Elvin və digər 3000 nəfər qardaşımız.

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Amin.

İlkin Rzaquliyev

Bu xəbəri paylaşın: