Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Beyləqan rayonunda Anım tədbiri keçirilib.
Tədbirdə hər iki adı çəkilən rayon İcra Hakimiyyəti Başçıları, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər. Şəhidlərimizə həsr olunmuş Anım tədbirində ağac əkilib, şəhid məzarlarına gül qoyulub.
Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar keçirilən Anım tədbirində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və rayon şöbələrinin üzvləri iştirak ediblər.
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov bildirdi ki, bu Zəfər şəhidlərimizin qanıyla yazıldı. Onu əbədi qoruyub saxlamaq isə bizim — hər bir azərbaycanlının şərəf borcudur.
Qarabağ Azərbaycan oldu, şəhidlərimizin ruhları şad olsun!
AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov qeyd etdi ki, iki rayon şöbəsinin birgə təşkil etdiyi tədbirdə bir daha şəhidlərimizi andıq. Sonsuz qürur və sevgi ilə onları anır, əziz xatirələrini qəlbimizdə əbədi yaşadırıq!
Allah şəhidlərimizə rəhmət eləsin!
Türkay








