27 sentyabr — Anım Günü ilə əlaqədar Suraxanı rayonunda da tədbirlər keçirilib

27 sentyabr — Anım Günü ilə əlaqədar Suraxanı rayonunun qəsəbələrindəki Şəhidlər Xiyabanlarında Şəhidlərimiz anılıb.

Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətinin canlı olaraq dinlənilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanan anım mərasimində Vətən müharibəsinin Şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Mərasimlərdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin Deputatları Sevinc xanım Fətəliyeva, Afət xanım Həsənova, Etibar Əliyev, RİHB-nin müavinləri, şöbə müdirləri və əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Şəhid ailələrinin üzvləri, qazilər, rayon sakinləri iştirak ediblər.

Anım tədbirlərində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmovun rəhbərliyi ilə müharibə veteranları da iştirak ediblər.

Eldar Rüstəmov bildirdi ki, 44 günlük Zəfər tarixinin başladığı gündür, bu gün! Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən, xalqın qəhrəmanlıq dastanını canı ilə qazanıb qanı ilə yazan şəhidlərimizi dərin ehtiramla anırıq…

Allah şəhidlərimizə rəhmət eləsin!

E. Səlim

Bu xəbəri paylaşın: