27 sentyabr — Anım Günü ilə əlaqədar Balakən rayonunda da Şəhidlər Xiyabanlarında Şəhidlərimiz anılıb.
Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar keçirilən Anım tədbirində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayevin rəhbərliyi ilə şöbə üzvləri rayonda keçirilən Anım tədbirində iştirak ediblər.

Şanlı tariximizi yazanlar və yaşadanların 27 sentyabr Anım günüdür!
Şəhidlərimizi ehtiramla anırıq!
Torpaq uqrunda ölən varsa, VƏTƏNDİR.
Şəhidlərimizin qarşısında baş əyirik və qürurla anırıq!
Vaqif Hümbətov
AVMVİB Balakən rayon şöbədsinin sədr müavini

Bu xəbəri paylaşın:
