«Azneft» İstehsalat Birliyi 28 May NQÇİ Rəhbərliyinin birgə təşəbbüsüylə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq keçirilən Anım tədbirində döyüşdən qayıtmış qazilərlə görüş keçirilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Çilov şöbəsinin sədri Bayram Cəfərov bildirib ki, müəssisədə şəhid ailələrinə, şəhid adına və müharibə iştirakçılarına diqqət və qayğı daim yüksək səviyyədə olub. 27 Sentyabr Azərbaycan Respublikasında ilk dəfədir ki, Anım Günü kimi qeyd edilir. Çilovda da bu gün qeyd edildi və qazilərimizlə bir daha təmasda olduq. Çünki qaziylə şəhid qardaşdır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Fərid Səlimov



