Azərbaycan insanının döyüşkən ruhuna total bir hücum var. Cənab Müzəffər Ali Baş Komandanımız bu sahəniciddi nəzarətə götürün. Məlum 5-ci kolona bağlılıqları üzdə olanlar eyni bir siyasəti yürüdürlər. Bu xalqdan, bu Ordudan və bu döyüşçülərdən QİSAS alınır. Bu dəqiqdir. Bunu prezidentin İrəvanla bağlı çağırışında da, Aprel döyüşləri sonrası baş verənlərlə izahını vermişik. Hər bir adam özü elə bu Zəfər sonrası baş verənləri nəzərdən keçirsə hər şeyi özü görə bilər.
Gündə yüzlərlə əsgər və zabitlərimizdən fəryad dolu şikayətlər, müraciətlər almaqdayıq. Mənə elə gəlir ki, bu mənfur bir zümrənin, mənfur əməllərinin nəticəsində baş verir. Bu gənc döyüşçülərin birinə məsləhət, birinə imkan daxilində kömək, digərinə səbir arzulayaraq yaradıldığı gündən ölü doğulmuş «Veteran komissiyasının» axtarışına çıxırıq. Bu şəxsi gördüm deyən yoxdu. Bəlkə ölkənin Baş naziri onu tapıb bu problemə aydınlıq gətirməyi tələb edə.
Bildirdiyimiz kimi qazilərimizin müraciətlərini ictimailəşdirmək üçün yayınlayacağıq. Döyüşçülər baxımsız olaraq ortada buraxılıb. Niyə?
Bizə müraciət edən Üzeyir Həmid oğlu Osmanovun ürək ağrısıyla oxuduğumuz müraciətini aidiyyatlı qurumlara ünvanlayırıq: Siz kimə işləyirsiniz?
Tərxis olunmuş əsgər yazır:
—Mən — Osmanov Üzeyir Həmid oğlu, 14.09. 2001- ci il Qəbələ rayonunda anadan olmuşam. 23.10. 2019-cu il tarixində hərbi xidmətə yollanmışam.
27.09. 2020-ci il Vətən müharibesində iştirak eləmişəm və 22.10. 2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə yaralanmişam.
03.07. 2021- ci il tarixində ordu sıralarından tərxis olunmuşam. Hazrda məişət şəraitimiz çox pis vəziyyətdədir. Mən də 3 aydı işsizəm. Heç yerdə işləmirəm. Dövlet nümayəndələrindən bizimlə heç kim maraqlanmayıb. Kimsənin köməkliyi yoxdur və dövlətdən də heç bir müavinət almıram.
Qəbələ rayon İcra Hakimiyyətinə müraciət etmişəm, amma heç bir köməklik göstərilməyib, İşsiz olduğuma görə dolana bilmirik, bir sözlə biz yaşamırıq, sürünürük.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə köməklik göstərəsiniz.
Yaşadığım mənzil şəraitinin yaxşılaşdırılması, mənim uyğun bir işlə təmin olunmağıma yardımçı olasınız.
Əlaqə telefonu: 051 567 18 07

Ümid etmirəm, amma inanmaq istərdik ki, bu insanlarla konkret Dövlət proqramı elan ediləcək. Bu sahə ilə məşğul olmalı ƏƏSMN rəhbərliyi hələ gecə-gündüz düşmənə qarşı güllə atanlara qarşı planlar üzərində işləməkdədirlər.
Müharibədə yaralanmış, «Füzulinin azad edilməsinə görə», «Xocavəndin azad edilməsinə görə» medalları ilə təltif olunmuş Üzeyir Həmid oğlu Osmanovu tək qoymayaq. Onlar bizi qorudular, biz də onları qoruyaq!
Görəsən Qəbələ rayonunda İcra Hakimiyyəti varmı?!
Elnur Səlim



