Vətən sizə minnətdardır?!

Görəsən Bərdə rayon rəsmiləri şəhid polkovnik — leytenant Mehman Qənbərovun ailəsini ziyarət edəndə onların yaşadığı uçuq daxmaya görə xəcalət çəkiblərmi?

Xatırladım ki, polkovnik leytenant Mehman Qənbərov müharibənin 4-cü günündə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

İki övladı vətənə əmanət qaldı. Ailəsi ilə kirayədə yaşayan Mehman 5-ci sinifdə oxuyarkən doğma kəndi, Ağdamın Maqsudlu kəndi işğal olunub.

Onlar ailəlikcə Bərdənin Qarağacı kəndində məskunlaşıblar. Mehman 17 yaşına qədər bu «ev»də yaşayıb, sonra isə hərb sənətini öyrənmək üçün ordan ayrılır. Bir də 39 yaşında evinə qayıdır…

… Amma özü yox, nəşi. Şəhidimizin ata-anası isə hələ də bu daxmada yaşayır…

Leyla Həsənova

Bu xəbəri paylaşın: