TÜRK QOŞUNLARI İDLİBDƏN GERİ ÇƏKİLİR? — Ərdoğanın Putinlə görüşünün detalları…

Bir sıra KİV-lər Suriyanın hərbi dairələrindəki mənbələrə istinadən Türk ordusunun Suriyanın İdlib əyalətinin cənub hissəsindən şimala çəkildiyini bildirir. Bu Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyıb Ərdoğanın Soçidəki görüşündən sonra baş verir. Bu barədə Lenta.ru məlumat yayıb.

Artıq Türkiyə tankları və digər zirehli texnika İdlibin bir hissəsini tərk edib. Hərbi hissələrin hərəkəti M4 avtomobil yolu ilə izlənir. Eyni zamanda, türk ordusu yolun üzərində nəzarəti əlində saxlayır. Məlumata görə, Ərdoğanın Rusiyaya səfəri zamanı, Rusiya Aviakosmik Qüvvələrinin aviasiyası İdlibdə iki həftəyə yaxın bombardman etdiyi mövqeləri bir günlük atəşə tutmayıb.

Sentyabrın 29 -da Putinlə Ərdoğan arasında danışıqlar aparıldı. Tərəflər əməkdaşlıq məsələlərini, həmçinin Suriya, Liviya və Azərbaycandakı vəziyyəti müzakirə ediblər. Hər iki lider ölkələr arasında iqtisadi, siyasi və hərbi əməkdaşlığı yüksək qiymətləndirib.

Mənbə: Qafqazmedia

Bu xəbəri paylaşın: