Bizim yolumuz uzun və müqəddəs bir yol olduğu hər kəsə məlumdur. Damarında xain qan axanlar, ərliyində naqislik olanlar, vətənpərvərliyi son sığınacaq yerinə çevirənlər bizləri sevməzlər. Çünki biz əsil döyüşçülərin yanındayıq. Bu yolda hürəcək itlərin yalnız adları dəyişilə bilər, amma xislətləri heç zaman dəyişməz. Onları birləşdirən bircə məqam var: Küsdükləri Analarına şər-böhtan yaxmaq, Analarını satmaq. Bu «zümrədən» «hərşeyşünas», tələffüz orqanıyla ifrazat orqanının yeri dəyişik olan anesteziya üzrə eks və «əks kəşfiyyatçı» (baxır haranın əksinə. Yazıq kordinatı daim səhv salır) Ərəstun Oruclu adlı bir zatı qırıq Fedai.az haqqında bəzi açıqlamalar verib.
O, Fedai.az-ı 2017-ci il aprel — may aylarında günahsız olanlar haqqında məhkəmə qərarı olmadan yazılar verməkdə, kimlərdənsə 5 manat alıb satılmaqda, «güya hansısa» müharibə veteranları adından istifadə etməkdə, hibrid müharibəsində düşmənə işləməkdə və s. ağır ittihamlarda ittiham edərək qərarını, fəaliyyətini daim tənqid edib qəbul etmədiyi prokurorluğa bizi cəzalandırmaq üçün müraciət edir və daha sonra bu Ərəstun adlı varlıq məni və veteranların saytını öz aləmində təhqir edərək nəsil şəcərəsini bu şəkildə saymağa başlayır: Tör-töküntü (Ərəstun Oruclunun nəslinin adı), Tullantı (Ərəstun Oruclunun atasının adı), Əxlaqsız (Ərəstun Oruclunun anasının adı), 5 manata satılan (F. Nauman fondunun puluyla banlayan bu üzdənirağın öz adı), Qulbeçə (Oruclunun erməniyə Evrovizionda səs verən, atasının əsgərlikdən qaçırıb ABŞ-da məskunlaşdırdığı 29 yaşlı vələdüznasının adı), Gədə (25 yaşlı atası kimi fərari olan ABŞ-dakı ikinci oğlunun adıdır)…
Bu «qrantoyed» namussuza bildirim ki, Fedai.az könüllü olaraq, heç kimdən heç nə ummadan döyüşçülərə pulsuz informasiya dəstəyi verən gənclərin zehni işidi. Saytın xırda xərclərini isə veteranların ianələriylə güclə ödəyirik. Ona görə də o xaricə qaçıb ölkəmizə qarşı haqsız böhtan yağdıranlar daxil, Ərəstun Oruclu, istər daxildən, istərsə də xaricdən 5 manat nədir, lap 1 sent alan hər kəsin var-yoxunu öncə bu gün sayı 81283 nəfər olan müharibə veteranları (I və II Vətən müharibəsi iştirakçıları), daha sonra 5 milyon 39 min 9 yüz (bu siyahıdan səni və oğlanlarını çıxmışıq. Çünki müharibə dövrü özün, sonra da cocuqlarını əsgərlikdən fərarilik etmisiniz. Beləsinə döyüşçülər kişi demirlər-E.S.) Azərbaycan kişisi «iqnor» eləsin. Burada elə danışırsınız ki, elə bil almanların pulunu (1996 — 2015-ci illər ərzində) sən, arvadın və uşaqların deyil, Fedai.az, yaxud da mən yemişəm.
Sonra deyir ki, güya Fedai.az 2017-ci ilin aprel-iyun aylarında kimlərisə məhkəmə qərarı olmadan xain satqın adlandırıb. Adını «politolox», «araşdırmaçı», «kəşfiyyatçı» və əslində yarımçıq anestiozoloq olan bu «lox» bilməlidir ki, Fedai.az qismən fəaliyyətə 2017-ci ilin 26 oktyabrında başlayıb və onu da Ərəstun xislətli erməni xakerləri dağıtmağa nail oldular. Biz daim orduda baş vermiş hadisələri diqqətdə saxlamışıq və bu olayla bağlı həbs olunanların məhkəmə qərarlarını da ilk olaraq da biz əldə edib yayınlamışıq. Yəni rəsmi olan qərarların surətləri bu gün də bizdədir.
Gilbert Çestertonun deyimiylə yanaşsaq, bizim üçün «Jurnalistika, məsələn, Lord Jonsun öldüyünü, Lord Jonsun ümumiyyətlə nə vaxtsa yaşadığını bilməyənlərə xəbər verilməsi anıdır».
Tofiq Şahmuradovun da işgəncə verərək, həbsə düşən kəşfiyyatçıların məhkəmdəki son sözləri haqqında yazısını böyük məmnuniyyətlə yayınlamışıq. Özünü liberalist sayan Oruclu, qatilin belə müdafiə hüququ var və bu işdə sənin kimilərinin ağlı kəsməyəcəyi çox izlər var. Çünki bu olayda üz-üzə qoyulanların böyük əksəriyyəti fəal döyüşçülərdi, xüsusən də kəşfiyyatçılardır. Sizin kimilərin zərərçəkənləri yanlış istiqamətə apardığını görürük və deyirik. Çünki sizləri 90-cı illərdən tanıyanlar, bu kirli adamların ordumuza bir də yaxınlaşmasını istəmirlər. Bunu o boş başınıza yeridin və qulağınıza sırğa edin…
Ümumiyyətlə, bu fəaliyyətlə məşğul olandan bir daha anladım ki, Nikson «ağlı olan adamlar jurnalistlərə qarşı mübarizə aparmaz» deməkdə haqlı imiş, amma əlavə edərdim ki, «ağlı olan kimsə veteranlara qarşı çıxmaz». Sizcə, «Hansısa müharibə veteranları» deyən birinin ermənidən nəyi kəm ola bilər? Belə çıxır ki, bu binəvanın, tək özündən ibarət olan «Şərq-Qərb» Araşdırma Mərkəzinin rəhbəri kimi də ikiqat ağlı yox imiş.
Özü də bu ağılsızlığı ilə ABŞ — da oğlanlarıyla oturub Hacıqabuldan Kürdəmirə getməyə yol pulu tapmayan bir xalqa moizələr oxuyur. Vallah lotusan, vur gəlsin. Yazıq xalq, məmur özbaşınalığından, hüquqsuzluqdan və harınlaşmış erməni əsillilərin basqılarından bezib saman çöpünə əl uzatmağa məcbur buraxıldığına görə, bu saman çöpləri özlərini «çinar» saymağa başlayıblar. Bəli, bizim araşdırma qrupunda onlarla müharibə veteranı, müxtəlif rütbəli zabitlər təmsil olunurlar və bu üçlüyün ordu haqqında cəfəng fikirlərinə qarşıdırlar. Bir daha bildirirəm ki, mənim üçün bu ordu daxili proseslərdə günahsız öldürülənlər şəhid, günahsız işgəncə görənlər isə zərərçəkənlərdir. Bunu təşkil edənlər və icra edənlər cəzalandırılmalıdırlar. Amma veteranlar dövlətçilik əxlaqında olduqları üçün əvvəldən bizə dedilər ki, Dövlətin hansısa qolu yanlış edə bilər, amma Dövlət tam olaraq həmişə haqlıdır. Yanlış edəni də Dövlət özü cəzalandırmalıdır və belə missiyanı qurbanların, ilhamların, ərəstunların götürməyə, nə çiyinləri, nə də mənəviyyatları yetərli deyil. Hər gecə bir yataq dəyişib, bu gün bakirəlikdən dəm vurmaqla kimlərisə bir müddət aldada bilərsiniz, amma yanlış qapını döyməyinizi biz sizə qandıracağıq. Bu məmləkət insanını sizin kimilər bu hala saldı.
İndisə bu ölkə üçün boşboğazlıqdan və boğazdan yuxarı sosial şəbəkə «cəngavərliyindən» qeyri saleh əməllərinizə diqqət yetirək. Dəfələrlə Fridrix Nauman Fondunun ölkəmizdə də radikal ünsürlərlə işbirliyi çərçivəsində göstərdiyi fəaliyyət barədə faktlar ortaya qoyulub. Ölkədə fəaliyyət göstərən saytların zamanında yazdıqlarına nəzər salaq («Yeni Azərbaycan»): «Gürcüstanın internet saytlarında gedən məlumata görə, 2012-ci ilin martında Tbilisidə keçirilən tədbirdə Azərbaycanda insan haqları, söz və mətbuat azadlığı ilə bağlı müzakirələr aparılmışdı. Tədbirdə çıxış edən fondun Cənubi Qafqaz layihəsinin rəhbəri Yasemin Pamuk Azərbaycanı sərt tənqid etmiş və təmsil olunduğu qurumun həyata keçirmək istədiyi bəzi layihələr barədə danışmışdı. “Support Free Future” (Azad Gələcəyi Dəstəklə) adlı layihə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda insan hüquqları və “siyasi məhbus”larla bağlı kampaniyanın təşkil olunmasını, xüsusi videoçarxın hazırlanması və yayılmasını, müxtəlif Avropa ölkələrində yürüşlərin keçirilməsini nəzərdə tuturdu. Ümumiyyətlə, o zaman Fridrix Nauman Fondu Azərbaycandakı radikal qüvvələrin mövqeyinin xarici mətbuata çıxarılması üzərində fəal iş aparırdı. Təsadüfi deyil ki, məhz bu fondun təşkilatçılığı ilə Azərbaycanda səfərdə olmuş Almaniya KİV-lərinin təmsilçiləri AXCP, “Müsavat” rəhbərləri, fəalları, hakimiyyətə qarşı radikal mövqeləri ilə seçilən QHT təmsilçiləri, media nümayəndələri ilə görüşlər keçirirdilər».

İndi bu binəvanın oğlunun “Eurovision”da niyə erməniyə səs verdiyini anladınızmı? Çünkü onun xəyanət öhdəliyi var. Nauman bunun əmisi, dayısı deyil ki, müftə pul versin? Bazarda pul verdiyini necə aslırsansa, xainləri də o cür üsulla ələ alırlar. Ona görə belələri tualetə gedəndə də haqq almadan getmədiklərinə görə, hər kəsi özləri kimi al-ver predmeti hesab edirlər. Ərəstun Oruclu özü «VK» profilində yazıb: «Söhbət Almaniyanın Azərbaycanda fəaliyyət göstərmiş 4 fondundan gedir. Bu, siyasi fondlardır. Onların hər birinin partiya bağlılığı var. Almaniya siyasi fondları haqqında qanuna əsasən, Bundestaqda iki dəfədən artıq təmsil olunan hər partiyanın öz siyasi fondunu yaratmaq, öz siyasi platformasını, dəyərlərini yaymaq hüququ var. Bu da alman dövləti tərəfindən dəstəklənir və maliyyələşdirilir. Azərbaycanla Almaniya hökumətləri arasında əldə edilmiş sazişə görə, bu fondlar 1996-cı ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərirdi»…
Ona görə də bu gün də ABŞ -da qrant qovalayan bu zavallı, güzgüdə gördüyü iyrəncliyin özgəsi olduğunu düşünməkdədir. Ya da belələri pişik kimi hər bir canlını elə pişik olaraq görərlər: Yekə pişik, balaca pişik və s. Dünyaya xislətinizə uyğun baxmaqdan əl çəkin.
Hər kəs bilməlidir ki, Azərbaycanda kolon yaradılması üçün beynəlxalq təşkilatlar, xarici fondlar və ayrı-ayrı dövlətlər tərəfindən gizli yollarla birbaşa və ya dolayısı ilə müxtəlif QHT-lər, hətta mətbuat orqanlarını maliyyələşməyə çalışan digər fondlarla yanaşı, Fridrix Nauman Fondunun da xüsusi çəkisi olub. Yerli KİV-lərin verdiyi məlumata görə 2012-ci ildə “Support Free Future” (Azad Gələcəyi Dəstəklə) adlı layihə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda insan hüquqları və “siyasi məhbus”larla bağlı kampaniyanın təşkil olunmasını, xüsusi videoçarxın hazırlanması və yayılmasını, müxtəlif Avropa ölkələrində yürüşlərin keçirilməsini nəzərdə tuturdu. Bu əməllər üçün seçilmiş əlaltı, muzdur, qulbeçə və s. bir özgəsi deyil, məhz bu hərşeyşünas Ərəstun Oruclunun görəsən harası Fridrix Naumanın xoşuna gəlib?
Fedai.az saytını, nəinki müharibədə, heç əsgəri xidmətdə (özü rus ordusunda olub, müharibədənsə yayınıb — E.S.) olmayan, özünün və oğlanlarının fərari olması azmış kimi hibrid müharibəsində sıra nəfəri olmaqda ittiham edir. Amma xaosa hesablanmış bütün anti Azərbaycan informasiyalarının arasında bu adamın görkəmsiz başı görünür. Öncə bu geydirmə «Nauman kəşfiyyatçı-anestezioloqu» bu dəfə də öz hərşeyşünaslığı ilə publikanı çaşdırmağa çalışıb. Bu adamın heç olmasa elementar məlumatı olması üçün bildirim ki, Hibrid müharibəsi konsepsiyasının əsas müəlliflərindən olan F.Hofmanın fikrincə, belə müharibədə qalib gəlmək üçün ordu, KİV, qurban ölkənin QHT-lərindən istifadə etmək, lazım gələrsə, cinayətkar dəstələrin rəhbərlərini ələ almaqla siyasi qətllər və terror aktları törətmək də olar. Bunu həyata keçirmək üçün xarici maliyyədən asılı olan QHT-lərin rolu çox önəmlidir. Almaniyanın Azadlıq Naminə Fridrix Naumann Fondu Şəmkir rayonunun Çapar kəndində yaranmadığını hər kəs yaxşı bilir və 19 il fridrixlərə nökərçilik etmiş birinin Fədai sözünü ağzına alması ən böyük təhqirdir. Düşmənə qarşı bütün parametrlərdə açıq mübarizə aparan bir saytı görün 19 illik nökərçilik stajı olan kim və nədə ittiham edir?
Əkrəm Əylislinin yanlışının yanında Ərəstun Oruclu vardı. Ramil Səfərovun ekstradisiyasının əleyhinə çıxanların önündə də bu adamcıq vardı. Özü də Avropa Parlamentinin qətnaməsinin “Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi” adlı qətnamədə Ramil Səfərovu “cinayətkar” adlandıran Avropa Parlamentinə etiraz edənləri bu hərşeyşünas günahlandırmışdı. Bu gün belə bir iyrənc məxluqun məqsədinin Azərbaycan əsgərini və zabitinə «canı yanmasına» mən niyə inanmalıyam? Bəs Ramil Səfərov hansı ordunun zabiti idi? Bütün bunlar, onun üzdə və gizli fəaliyyəti, məzmununu bilmədiyi hibrid müharibəsinin tərkib hissələrindəndir.
Ərəstun Oruclunun oğlu Turan Oruclu 2009-cu ildə Moskvada keçirilən “Eurovision-2009” yarışmasında Azərbaycan mahnısını təhrif edən, Azərbaycanın musiqi alətini mənimsəməyə çalışan, düşmən Ermənistanın təmsilçiləri İnqa və Anuş Arşakyan bacılarına səs vermişdi. Həmin vaxt bu faktı Ə. Oruclunun özü də təsdiqləyərək bildirmişdi ki, oğlunun erməni təmsilçiləri dəstəkləmək üçün onların SMS nömrəsinə səs göndərməsindən bir gün sonra xəbər tutub: “Oğlum səhəri günü bildirdi ki, məktəbdən bir neçə uşaqla birlikdə erməni müğənnilərə səs göndəriblər. Mən də dedim: “Göndərmisiniz, göndərmisiniz də”. Bunu biləndə oğluma heç irad da tutmadım”…
Tuta bilməzsən, Fridrix Nauman Fondu 3 qəpiklik dərini boğazından çıxarar, ay 3-4 il həkim olub, özünə əks-kəşfiyyatçı deyən, adca filosof, əməlcə falsifikator olan, gopoloq. Bu əxlaqla və ruhla məmləkət havasını korlayan Ərəstun kimiləri özü boyda «həqiqət günəşi» olsa belə, biz bu cür milli əxlaqı olmayan birinə inanmarıq.
Sonda yadıma İstiqlal savaşçısı süvari Yakup Çavuşun sözləri düşdü: «Düşmən sadəcə yunan gavuru deyildi ki, yavrum! İngilisi vardı, fransızı vardı, italiyalısı vardı, rusu vardı, ermənisi vardı, bir də bunlara yardım edən xocalar vardı, şeyxlər vardı, ağalar vardı, xainlər vardı, vardı da vardı…Çox şükür ki, bizim də bir Allahımız vardı, bir də Mustafa Kamal Paşamız»…
Nədənsə buna uyğun eyni sözləri Qarabağdan döyüşüb qayıdanlarımız da deyirlər, özü də «vardı, yox, var» deyirlər…
Mövzuya qayıdacağıq…
Elnur Səlim