Koçaryan girməyə daha «böyük yer» axtarır

Ermənistanın ikinci prezidenti Robert Koçaryan ehtimal edir ki, təhlükəsizlik nöqteyi-nəzərindən «ola bilsin, Ermənistan daha böyük quruma daxil olmalıdır».

Lakin o, «Ermənistanın Rusiya ilə «ittifaq dövlətdə» birləşməsinin tərəfdarıdır, yoxsa onun üçün Ermənistanın müstəqilliyi şəksiz və müzakirə oluna bilməz dəyərdir» sualına dəqiq cavab verməyə hazır olmadığını bildirib.

«İndi mən bu suala birmənalı cavab verməyə hazır deyiləm. Düşünürəm ki, bizə hazırda müstəqilliyimizin nə dərəcədə təhlükə altında olduğunu anlamaq lazımdır. Təhlükəsizlik nöqteyi-nəzərindən məndə təsəvvür yaranıb ki, ola bilsin, bizə daha böyük quruma daxil olmaq lazımdır», — hazırda Paşinyan hökumətinə müxalif olan Robert Koçaryan bazar ertəsi Yerevanda jurnalistlərlə görüşü zaman deyib.

Bu xəbəri paylaşın: