İranın qazdığı quyular və boru xətti xəyalları…

VAHİD ABDURƏHMANOV

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini

Qafqazın aparıcı dövlətinə qarşı kin, iftira, hər cür iyrənc üsullarla mübarizə aparan İran mollakratiyasının iyrənclikləri anbaan üzə çıxır. Mollalar danışdıqca batır və batırırlar. Hazırda erməninin «quyruğundan» yapışıb dalana dirənmiş İran rejimi yanlışını düzəltməkdənsə özgələrə qazdığı quyulara düşməkdədir.

Azərbaycan Prezidenti bu günlərdə İlham Əliyev, həmçinin bölgə əməkdaşlıq formatı barədə baxışını izah edib.

«Bizim üçün bu format kifayətdir — Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz», — Azərbaycan Prezidentinin sözləri Azərtac agentliyi yayıb.

Yəni bu yolda bizim qeyri tərəflərə ciddi ehtiyacımız duyulmur və alternativlərimiz daha etibarlıdır. Bunu anlamayan molla rejimi isə utanmadan, şimallı-cənublu Azərbaycan xalqını və onun Liderini hədəfə alması, üstəlik də təhdid dili ilə danışmaq istəməsi bumeranq kimi öz başına dəyəcəyi şəksizdir. Qarabağa İslam torpağı deyib işğalçıların «ayağını yuyan» bir rejimi səmimi deyil. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bəyan etdi: «“Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.

Dövlətimizin başçısı tam səmimi şəkildə qeyd etdi ki, biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik: “Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Bu yolda, nəinki müharibə keçmiş veteranlar, nəinki İranda yaşayan soydaşlarımız, hətta dünyada yaşayan 60 milyonluq azərbaycanlı Ali Baş Komandanımız, hər bir azərbaycanlının sevimli Prezidenti cənab İlham Əliyevin yanındadır və onun müsəlləh əsgərləridir. Bunu bilməli və əməl etməliyik.

İran isə regionda arzuolunmaz iyrənc hərəkətlərini davam etdirməkdədir. İndi də İran Gorus-Qafan yoluna alternativin inşası üçün Ermənistan yardım etməyə girişib.

Bu barədə İranın yollar, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı nazirinin müavini Xeyrulla Xademi açıqlama verib.

“Ermənistanla yük və sərnişin daşınmasını bərpa etmək üçün danışıqlar aparırıq. İran-Ermənistan yolu İslam Respublikası üşün strateji əhəmiyyət daşıyır. Biz yola baş çəkdik və Ermənistana tikinti üçün dəstək verməyə hazırıq. Öz mühəndis əv texniki imkanlarımızı bölüşməyə hazırıq”- deyə Xademi söyləyib.

Xatırladaq ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçən hissəsinə alternativ yola görə Ermənistan Sarkisyan dövründə 300 milyon dollar pulunu «yeyib» və qalan 100 milyon dollar isə Paşinyanın vaxtında başqa məqsədlər üçün xərclənib. Yəni molla öz tamahından erməni cələsinə düşüb.

Amma proseslər davam edir. «Ermənistan və İran yol infrastrukturu layihələri çərçivəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır” deyə erməni mətbuatı məlumat yayıb. Ermənistan Nəqliyyat İdarəetməsi və İnfrastrukturu nazirinin müavini Armen Simonyan İran İslam Respublikası Yollar və Şəhərsalma Nazirliyinin Beynəlxalq Dəhlizlər Departamentinin baş direktoru Amin Tarafonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı «Fars körfəzi-Qara dəniz» beynəlxalq nəqliyyat dəhlizi və «Şimal-Cənub» yol dəhlizi layihələri çərçivəsində Ermənistanla İran arasında əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib. Ermənistan ərazilərində İran yükdaşımalarının təşkili ilə bağlı prosedurların tənzimlənməsi və asanlaşdırılması imkanlarına da toxunulub.

İran nümayəndə heyətinin rəhbəri, Ermənistan Nəqliyyat İdarəetməsi və İnfrastrukturu nazirinin müavini yol infrastrukturu layihələri və nəqliyyat kommunikasiyası çərçivəsində ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu təsdiqləyib”.

«Yeni nəqliyyat dəhlizi Fars körfəzi — İran — Ermənistan — Gürcüstan — Qara dəniz, daha sonra Bolqarıstan və Yunanıstan marşrutu ilə olmaqla İrəvanın bölgədəki mövqeyini kökündən dəyişdirərək həmin marşrutun əsas mərkəzinə çevirəcək və nəticədə Ermənistan təşəbbüsü Bakıdan alacaqdır. İran malları üçün Qara dəniz limanlarına, oradan isə Avropaya yol açılacaqdır. Yeri gəlmişkən, marşrutun Ermənistandan keçən variantı Azərbaycandan keçən yoldan daha qısadır” –deyə erməni mediası vurğulayıb.

Bolluca İslamdan «don geyib» İblisanə işlər görən riyakar İran mollaları bu xətti əldə etməklə öz qardaşları ermənilərlə birgə, guya Gürcüstan vasitəsiylə Türkiyə və Azərbaycandan yan keçən bir xətti xəyal edirdi. Amma alınmadı. Çünki bu rejimin anti xalq və anti İslam oyunları artıq işə yaramır.

Rəsmi Tehran əsasən 2016-cı idən bəri irəli sürdüyü «Fars körfəzi-Qara dəniz” dəhlizi layihəsinin İran, Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstanla yanaşı Azərbaycanın da iştirakı ilə yaradılacağını dəfələrlə bəyan edib. Lakin deyəsən, 44 günlük savaşdakı birgə məğlubiyyətindən sonra İran planını dəyişib. Amma unudub ki, molla saydığını sayır, Gürcüstanən nə sayacağı bəlli oldu və qəti olaraq bu erməni-fars xülyası da dalana dirəndi. Molla rejiminin anti Türk siyasəti tezliklə onun ticarət dövriyyəsinə ən azı 50-60 milyard zərər vuracağı qaçılmazdır. Bu ağıl və təbliğatla İran düşdüyü girdabdan İraqdakı və Suriyadakı ucuz hiylələrlə qabağa düşəcəyi mümkün görünmür. Bu dəfə molla əmmaməsini qoyub Parisə qaçacağı şəksizdir. Çünki İngiltərə rəsmilri artıq Əfqanistanda Talibanla danışıqlara başladı…

Bu xəbəri paylaşın: