POLKOVNİKƏ TƏBRİK VAR: RİZVAN ABBASOV — 58

  Peşəkarlığı və humanistliyi ilə, mənəvi və işgüzar keyfiyyətilə, şəxsi intizamı ilə, nəzakəti ilə, təşkilatcliq bacarığı ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 25 ildən çoxunu hərbi xidmətdə keçirən ehtiyyatda olan polkovnik Abbasov Rizvan Aliyar oğlunun 13 oktyabr  58 yaşı tamam olur.

     Bu gün münasibətilə Avmvib rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan polkovnik Abbasov Rizvan Aliyar oğlunu dogum günü münasbətilə təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında  bitib -tükənməyən nailiyyətlər arzulayır.

    Qoy yaşının üstə gələn  bu yaş ona  sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Ehtiyatda olan polkovnik Abbasov Rizvan Aliyar oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Nərimanov və Xəzər  rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, mühəndis xidmət rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə Mühəndis xidmət rəisi vəzifələrində xidmət etdiyi illər ərzində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə və şərəf hissi ilə yanaşmışdır.

    Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

    O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnəmələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ücün nümünə olaraq, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

     Abbasov Rizvan Aliyar oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində xidmət etdiyi illər ərzində xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıldı və ona təşəkkür elan edilib.

    O, xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafıq əmrləri ilə Azərbaycan Respublikasının yaranmasının 10- illiyi, 90 -illiyi, 95 -illiyi yubiley, Qüsursuz Xidmətlərə görə isə  1-ci, 2-ci və 3-cü dərəcəli medalarla ilə təltif edilib.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HEC VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN.

100 YAŞA, ALLAH SƏNİ QORUSUN ! AMİN !

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın:
  • 94
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •