Türkiyə Egey dənizində təlimlərə başladı

Türkiyənin Anadolu Ulduzu 2021 Birgə Axtarış-Xilasetmə Təliminin Egey dənizinin beynəlxalq sularında və hava məkanında keçirilən ilk hissəsi başlayıb.  

Təlimin dəniz mərhələsinə qatılan Quru Qüvvələri, Donanma, Hava Qüvvələri və Sahil Mühafizəsi Komandanlığı axtarış-xilasetmə dəstələri senarinin icra ediləcəyi Skiros və Psara adaları arasındakı bölgəyə çatıb.

  Təlimin ilkin mərhələsində və içərisində xeyli sayda qeyri-qanuni miqrantın olduğu və meydana gələn yanğın səbəbiylə batmaq təhlükəsi olan bir ticarət gəmisindəki yanğının söndürülməsi və sağ qalanları xilas etmək vəzifələri icra ediləcək.  

Quru Qüvvələrindən bir axtarış-xilasetmə vertolyotu, Hərbi Hava Qüvvələrindən bir axtarış-xilasetmə təyyarəsi və bir axtarış-xilasetmə vertolyotu, Donanmadan bir freqat, Sahil Mühafizəsi Komandanlığından iki korvet, 4 Sahil Mühafizəsi qayığı, bir axtarış-xilasetmə təyyarəsi, iki axtarış-xilasetmə vertolyotu bugünkü təlimdə iştirak edəcək.

Mənbə: Star

Bu xəbəri paylaşın: