Köhnə döyüşçülər I qrup Vətən müharibəsi əlili İlqar Cəfərova baş çəkiblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Nəsimi rayon şöbəsinin sədri, polkovnik Elmar Hüseynov məlumat verib.

Elmar Hüseynov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmrinə əsasən I qrup müharibə əlili İlqar Cəfərova «AVMVİB 25 il» Xatirə medalını təqdim edib.

Köhnə döyüşçülər birgə döyüş yolu keçdikləri İ. Cəfərovu təltif münasibətiylə təbrik etmişlər.
AVMVİB Nəsimi rayon şöbəsinin sədri, poLkovnik Elmar Hüseynov bildirdi ki, biz heç zaman döyüş dostlarımızı və şəhidlərimizi unutmuruq. Öz fəaliyyətimizdə daim bu kriteriyanı gözləyirik.

Mərasimdə müharibə veteranları Eldar Qurbanov və Asəf Fərzəliyev də iştirak edirdilər.
Təbrik edirik!
Nurlan Məmmədli
