POLKOVNİKƏ TƏBRİK VAR: ELÇİN ƏLİYEV — 59

    Dünyada zehni, fiziki əməklə bağlı, bəhrə gətirən bütün peşələr şərəflidir. Lakin insan taleyinə sevinc, ömrünə yeni ömür bəxş edən həkimlik peşəsi ilahi qüdrətli yeganə müqəddəs peşədir. İnsanlar, məhz bu peşə sahiblərinin əllərinin şəfasında ilahinin qüvvət və qüdrətini görürlər.

   Belə hörmət və sayğıya layiq olan öz peşəkarlığı və humanistliyi ilə,ışguzarlığ və mənəvi keyfiyyətilə, təşkilatcliq bacarığcı ilə, sadəliyi və səmimiyyət ilə, dəqiqliyi və təmkinliyi ilə  seçilən ömrünün  ən məhsuldar dövrünün çoxunu Daxili İşlər Nazirliyinin Tibb İdarəsində müxtəlif vəzifələrdə, Daxili Qoşunların Bas İdarəsinin Tibb şöbəsində  baş zabit, Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalında hospital rəisi (hərbi hissə komandiri) vəzifələrində xidmət etmiş  ehtiyatda olan tibb xidməti polkovniki Əliyev Elçin Vəli oğlunun 17 oktyabr 59 yaşı tamam olur.

    Bu gün münasibətilə AVMVİB rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Nərimanov rayon şöbəsinin üzvü mayor Mərdan Hüseyinli tibb xidməti polkovniki Əliyev Elçin Vəli oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yolarında bitib — tükənməyən naliyyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    O, 17 oktyabr 1962 ci ildə  ziyalı ailəsində dünyaya göz açmışdır .1969- cu ildə Bakı şəhərində 23 nömrəli orta məktəbin  birinci sinifə getmiş, 1979-cu ildə həmin məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb  Universitetiinə  daxil olmuş , 1985-ci ildə həmin Universiteti, 2009-cu ildə isə  Naxçıvan  Dövlət Ünverstetinin «hüqüq » fakültəsini bitirmişdir. Elçin Əliyev  1985-ci ildə Tibb Ünverstetini bitirdikdən sonra  2015 -ci ilin dekabr ayına kimi  Daxili İşlər Nazirliyinin Tibb idarəsində müxtəlif vəzifələrdə, Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsində baş zabit, Daxili Qoşunların hərbi hospitalında isə hospital rəisi ( hərbi hissə komandiri) vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

    Polkovnik Elçin Əliyev Daxili Qoşunların Bas İdarəsində və hərbi hospitalında xidmət etdiyi illər ərzində müsbət yenliklərə nail olmuşdur. Beləki, hərbi qulluqçuların hərbi tesdən keçməsi üçün müasir tələblərə uyğun ilk hərbi test onun tərəfindən  hazırlanmış və həyata keçirilmişdir.

   Hospitalın müasir müayinə və müalicə avadanliqları ilə təchiz edilməsində təşəbbüskarlığı və fəaliyyəti yuxarı komandanlıq tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Respublikasının Prezıdentinin müvafiq sərəncamı ilə  dövlət mükafatına layiq görülmüşdür. Lakin həkimlik təcrübəsinə, idarəçilik və təşkilatçıliq qabiliyyətinə malik tibb xidməti polkovniki Elçin Əliyev burada çalışdığı dövrdə hospitalın müasir tələblərə uyğun təkmilləşdirilməsi, müalicə profilaktika tədbirlərinin keyfiyyətinin yüksəldilməsi üçün daim var qüvvəsi ilə calışmışdır. Onda ümümləşən bütün bu insani keyfiyyətlər mütərəqqi ailəsindən, xüsusən məhrum atası  tarixl elmləri doktoru, Akademik  Vəli Əliyevin  ona verdiyi uğurlu tövsiyələrindən irəli gəlirdi.

    O,Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,  cəzaçəkmə müəssisəsində, şəhərdə və  yaşayış  məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, fövqaladə hallar zamanı hüqüqi rejimin və    dövlətin ərazi bütövlüyünün  təmin edilməsində ona, Daxili Qoşunların Baş İdarəsinin tibb şöbəsinə və hərbi hospitalına həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur. Hippokrat andı içən Elçin həkim o anda sona qədər sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqları şərəf hissi ilə yerınə yetirmişdir.

    O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbici kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

   Ehtiyatda olan tibb xidməti polkovniki Elçin Əlıyev Daxili Qoşunların Baş idarəsinin tibb şöbəsində xidmət etdiyi illər ərzində hərbi hissələrdə və əlahiddə bölmələrdə keçirilən təftiş və yükün yoxlama komissiyanın, məqsədli və kompleks yoxlama qurupların üzvü olduğü müddətdə üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gələrək aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.

     Müharibə Veteranı ehtiyatda olan tibb xidməti  polkovniki Elçin Vəli öğlu Əliyev Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə  o, Daxili İşlər  Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsinin rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

   O, xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafıq əmrləri ilə Azərbaycan Respublikasının yaranmasının 10- illiyi, 90 -illiyi, 95 -illiyi yubiley, Qüsursuz Xidmətlərə görə isə  1-ci, 2-ci və 3-cü dərəcəli medalarla ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELÇİN HƏKİM!

BİR İL DAHA BİTDİ, AMMA HEC VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KECİR DEYƏ…UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLIN SONUNDA GERIYƏ BAXDIGINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ  İLDİ» DEYƏRSƏN… BÜTÜN ARZULARLNIN REALAŞMASI DİLƏYİMLƏ. XOŞBƏXT İLLƏRƏ…

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: