1994-cü ildə 1-ci Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən qanlı döyüşlərin birində qəhrəmanlıqla şəhid olmuş Əliyev Valeh Xanlar oğlunun yaşadığı Nəsimi rayonu 4-cü mikrarayonda yerləşən 9 mərtəbəli binaya vurulan xatirə lövhəsinin açılış mərasimi oldu.
Əliyev Valeh Xanlar oğlu 1994-cü ildə bizimlə bir yerdə N saylı briqadanın tərkibində döyüşlərdə iştirak etmiş və bizim həmən briqadanın tərkibində döyüşən Zəngilan batalyonunun şəhidləri ilə birlikdə şəhid olmuşdur.
Həmən döyüşdə bizim Zəngilan batalyonundan İlham Həsənov, Yasəf, Nuriyev Nurəddin və üzürlü səbəblərdən adları yadımdan çıxan 70 nəfər şəhidimiz olmuşdu və hamısı 2-ci Şəhidlər Xiyabanında, Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında və Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunublar.
Şəhid Valeh Əliyevin adının əbədiləşdirilməsi üçün bütün işləri öz üzərinə götürən Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadəyə veteranlar adından AVMVİB sədri Füzuli Rzaquliyev öz minnətdarlığını bildirdi. Göstərdiyi bu cür vətəndaşlıq mövqeyinə görə Tofiq Əlizadə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvlüyünə qəbul edilməklə Xatirə medalı ilə təltif edildi.

Açılış mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik Elmar Hüseynov və üzvləri, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və şöbənin üzvləri, AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov iştirak edirdilər.
AVMVİB sədri Füzuli Rzaquliyev şəhidimiz Valeh Əliyevin keçdiyi döyüş yolundan danışdı və şəhidimizin anası Durnisə xanımı AVMVİB-nin təsis etdiyi «AVMVİB — 25 il» Xatirə medalı ilə təltif etdi.
Allahdan Şəhidlərimizə rəhmət diləyir, şəhid analarının əllərindən öpürük.
Azad Musayev
Fotolar: Orxan Hüseynovundur













