Beyləqan və Xocavənd veteranları birgə tədbirləri davam etdirir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbələri birgə silsilə tədbirlərini davam etdiriblər.


Rayon şöbələrinin rəhbərləri öncə Beyləqan rayonu Dünyamalılar kəndində şəhid kəşfiyyatçımız Hasil Miryusifoğlunun ildönümü mərasimində iştirak ediblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov bildirib ki, AVMVİB sədri F. Rzaquliyevin adından şəhid Hasil Miryusifoğlu Fəxri fərmanla təltif olundu və Fəxri fərman Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov tərəfindən təqdim edilib.


Allah şəhidlərimizə rəhmət eləsin!


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun bildirdiyinə görə, rayonun Binnətli kəndində müharibə veteranları qazi Qiyas Əliyevin toy mərasimində iştirak ediblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov qazi Qiyas Əliyevi və AVMVİB-nin fəxri üzvü Bulud Aslanovu Birliyin təsis etdiyi Xatirə medalıyla təltif edib. Akif Həsənov qeyd edib ki, biz daim veteranlarımızın və şəhid ailələrinin yanındayıq. Bundan sonra da bu cür tədbirlər davam etdiriləcək.

Bu xəbəri paylaşın: