TƏBRİK: Nurlan Məmmədli

Veteran.az saytının redaktoru Nurlan Məmmədlnin ad günüdür.

Nurlan Məmmədli AVMVİB — nin informasiya sahəsində köhnə döyüşçülərlə birgə olmağa üstünlük vermiş vətənpərvər könüllülərimizdəndi. Həm yazıları, həm saytlarımızın dizaynı onun adıyla bağlıdır. Hətta ermənilərin və onların daxili qohumlarının hücumlarının qarşısında əsil əsgəri rəşadət göstərir. Müasir hərbin aparıcı qollarından biri informasiya savaşıdır. Bu reallığı dərk edən gənclərimizə öndərlik edənlərdən biridir — Nurlan Məmmədli.

Müharibə veteranlarımızın problemlərinin ictimailəşdirilməsi, problemin həllinə yardımçı olmağa can atır. Veteran.az saytının vasitəsiylə müharibə veteranlarına hüquqi yardım, şəhidlərimizin təbliğinə çalışmaqdadır.

Göstərdiyi xidmətlərə görə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvlüyünə qəbul edilərək, AVMVİB Mətbuat Xidmətinin təqdimatıyla İctimai Birliyin təsis etdiyi «Milli Ordu — 100» Xatirə medalı ilə təltif edilib.

Saytlarımızın yayınında könüllü olaraq çalışan Nurlan Məmmədlinin təbrik edir, uzun ömür, can sağlığı və Şuşada uzun bir ömür arzulayırıq.

Bütün gözəlliklər sənin olsun!

100 yaşa!

AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi

Bu xəbəri paylaşın: