Erməni həyasızlığı sərhəd tanımır. Bu günlərdə bütün erməni saytlarında yayılan bir informasiya diqqətimi cəlb etdi. Əsasən bu informasiya: «Əslində Putin Ərdoğanla görüşündə «Artsax Ermənistandır» söylədi» başlığı altında yayınlanmaqdadır.
Erməni saytlarının yazdığına görə guya Rusiya Prezidenti Vladimir Putin, 29 sentyabrda, Soçidəki Boçarov Ruçeydə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə belə deyib:
«Azərbaycan-Ermənistan sərhədində atəşkəsə nəzarət edən Rusiya-Türkiyə mərkəzi fəal şəkildə fəaliyyət göstərir».
Sonra russia-armenia info yazır: «Xatırladaq ki, Qarabağ Münaqişə Bölgəsindəki Atəşkəsə və Bütün Hərbi Əməliyyatlara Nəzarət Rus-Türkiyə Birgə Mərkəzi, «işğal altında olan Akna» (Ağdam) bölgəsində praktiki olaraq «Artsax-Azərbaycan» təmas xəttində yerləşir …
Əslində Putin «Artsax Ermənistandır» deyib».
Bizim şərh: Birincisi Putin hər halda Ermənistan və Azərbaycan sərhəddinin nə olduğunu bu başdan xarab erməni təxribatçılarından yaxşı bilir və əslində Türkiyənin bölgədəki missiyasının genişlənməsini bəyan edib. Türkiyənin missiyası, demək təkcə Qarabağla məhdudlaşmır, Qarabağ Münaqişə Bölgəsindəki Atəşkəsə və Bütün Hərbi Əməliyyatlara Nəzarət Rus-Türkiyə Birgə Mərkəzi olaraq, həm də sərhədlərin demelitasiyasına da nəzarət edəcəyini Putin öz dili ilə açıqlayır. Rusiyanın ideoloqlarından olan Duqin bildirib ki, Türkiyə ilə Rusiya arasında razılaşdırılmamış tək məsələ Krım məsələsi olub. Yəni erməni öz çirkin dezinformasiyalarını hər vəchlə yaymaqda davam etməkdədir.
İkincisi isə, Putin heç bir «Artsax» sözü işlətməyib.
