Paşinyan Türkiyə ilə münasibətlərdən danışdı

Türkiyədən regional sülhlə bağlı müsbət siqnallar aldığını deyən Paşinyan münasibətlərin normallaşması ilə bağlı yeni açıqlama verib.  

Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitində çıxış edərkən «Qeyd etdiyim bütün sahələrdə çalışmağa hazırıq. İnanırıq ki, bütün bu vəzifələrin yerinə yetirilməsi ilə bölgəmizdə sağlam və uzunmüddətli sülh üçün lazımi şəraitin yaradılması baxımından ciddi irəliləyiş əldə ediləcək. Türkiyə ilə münasibətlərimizi normallaşdırmaq üçün danışıqlara başlamaq prosesi sürətləndirə biləcək bir faktordur», — deyə bildirib.

Mənbə: Sputnik

Bu xəbəri paylaşın: