ABŞ-ın müdafiə naziri «3+3» formatına münasibət bildirdi

«Cənubi Qafqaz ölkələri regional əməkdaşlığı möhkəmləndirməlidir».

Bunu Gürcüstanda rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin deyib.

O, «3+3» əməkdaşlıq formatına da münasibət bildirib: «Gürcüstan ərazisinin 20 faizini işğalda saxlayan Rusiya üçün daha yaxşı olardı ki, hər hansı bir əməkdaşlıq formatı barədə danışmazdan əvvəl 2008-ci ilin atəşkəs razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirsin».

Mənbə: Report

Bu xəbəri paylaşın: