AZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIR

  • Xaqani Ədəboğlu

    Bu gün bəzi xalqlar ölçülərinə baxmadan bizim əski geyimimizi geyinməyə can atırlar. Sanki 1 yaşlı uşaq dağ boyda qəhrəmanın geyimini geyib. Avrosentrist hindavropaçılar dünya tarixini elə qarışdırıblar ki, bu xaosda heç özlərini də tapa bilmirlər. Məsələn, haylar fransızların uydurduğu (keşiş Kalmetin (1672-1757) uydurduğu) tarixi yalanlara inanan Kornif fahişələri bu gün özlərinə Arsaq (Artsax) deməkdən də çəkinmirlər. Bu gün özlərini Oğuz adlandıran bu separatçı topluma cavab belə vermədiyimiz fakt kimi ortadadır.

    Bunu bir daha xatırladıram. «Oğuznamə»lərə görə Arsaqlar 24 Oğuz boyunun sol qolunu təşkil edən Üç Okların Göy Alp (Göy Xan) oğlu Bayandur boyundandır. Böyük Arsaqların uc bəyliyi sayılan Kiçik Arsaqlar (Arşakuni) qolu isə Dağ Alp (Dağ Xan) oğlu Salur boyundan və Qazan xan sülaləsindəndirlər. Dini təfsirlərə görə (Tora, Bibliya, Quran) Arsaqlar İbrahim peyğəmbərin Türk xaqanının qızı Kötürədən olan oğullarının nəsilləri olduğunu yazırlar. «Dünyanın kralları sizdən çıxacaqdır»-deyə İbrahim peyğəmbərin duasını almış bir soy hesab olunur.

    Əski Oğuzların sak-skif-sanq adlanması prosesi XVIII əsrədək davam etsə də, bu gün yüzlərlə yanlışlarla dolu kitablar nəşr edilib bizi kökümüzdən ayırmaq istəmələrini sezməməyimiz öz zəifliyimizdir. Bu gün biriləri çıxıb alban olduğunu, biri midiyalı olduğunu, digəri isə sak olduğunu elan edirlər. Amma bu əsilsizlər heç olmasa anlamırlar ki, bunlar eyni tayfalara aid dövlətlərdir.

    Sakları İroni qövm adlandırmağa çalışan rusiyalı və osetiyalı bəzi alimlərin Yunan mənbələrindən keçən şəxs adlarını necə gəldi ironiləşdirməyə çalışmaları gülüş doğurur. Əslində onlar yaxşı bilirlər ki, onların əcdadları heç alanlar da deyil, az saylı alonlardır.
    Yunan mənbələrində çəkilmiş adlara diqqət edin:

  • FARN- (osetin və ya ironi dillərdə «təşəkkür» kimi yozulub, yəni «afərin»). Əslində isə əski oğuzca bu söz «Afran-avran» indiki anlamda «evren (əvrən)» deməkdir. Bu söz «seçkin, seçilmiş» anlamında olan sözdür. Antonimi «afras-avras(əvrəs)» sözüdür. Alp Ər Tonqanın adı «Avestada» Franqrasian kimi keçər. Bu da «seçilmişlərin başçısı» deməkdir. Bu ad Firdovsi tərəfindən saxtalaşdırılmış və Əfrasiyab kimi vermişdir. Yəni, pislərin pisinin başçısı. Bu özgə bir mövzudur. Təkcə onu deyim ki, bu adla öz xaqanımıza min ildir söyürük.
  • XSAR-(Güya irandilli osetincə-hərbçi). Əslində isə Xsar deyil, Axsar(iksar). İndiki anlamda Əsgər (Aksar) deməkdir. Sak dilində bu «Günəş yolçusu, döyüşçüsü» anlamı daşıyır.
  • ALDAR-(İroni-osetincə «cənab» deməkdir). Əslində Oğuzca «Aldar (Eldar)» deməkdir. Bu gün də türklərdə işlək şəxs adıdır və «el canlı» deməkdir.
  • LİMAN-(İroni-osetincə «dost» deməkdir). Əslində isə, oğuzca «Aliman (Elman)» adıdır. İndi də işlək addır.
  • SAQ-(ironi-osetincə «maral» demək olduğu yazılır). Əski oğuzca və hətta M. Kaşğarlının lüğətinə görə «qüvvətli, qoçaq» anlamındadır.
  • SAR-(İroni-osetincə «baş-kəllə»). Əslində isə sak-oğuzca «çar», «başçı» deməkdir. Herodot skiflər haqqında yazarkən Targitos (Targitay, Tangrıtay) oğullarının adını Arpoxais (Ərbəksay-Arbaksar), Lepoxsais (Alpoksay-Alpoksar) və Koloxais (Koloksay- Kolangsar) (IV,5), yaxud Qeraklın (Qoroğlu) oğullarını Agathyrsos (Ağacərilər), Gelonos (Kolanlılar) (bildirim ki, ruslar və bizim ruscadan tərcümə edənlər qəsdən yunan dilindən fərqli şəkildə bu hissəni tərcümə edərlər. Çünki Kolanıların adı yunanca aşikardır və bu da Avrosentrizmin yalanlarını faş edir), Skithes (İskit) (IV, 10) adlandırıb. Bu ad makedonlarda-Gauanes, Airopos və Peredikkas (VIII,137), şimali germanlarda — Elqfrodi, Forir və Bödwar, yaxud Wili, Wodin və We, yaxud da Ingiwio, Istwio və Irmino adlandırırdılar.

    Bu adlardan yalnız biri yunan, iran, german və hind dilində «üçüncü» mənasında işlənilib.


-«Frid», «Tritos», «Frita», «Trita». Bu da sonuncu oğulun sıra nömrəsidir və işarət Kolaksarın, yəni Kolanlının (yun. Gelonos) sözünün üstünə düşür. Bu da minarət məsələsidir, yəni kiçik oğulun avtomatik varis vsayılması ənənəsi, yalnız Azərbaycan türklərində yer alıb. Bu tezisi Monteskyö, həm də Zasidovskiy araşdırsa da tapa bilməyib. Türklərdə yalnız Osmanlı cəmiyyəti nəzərdən keçirilib və bu məsələnin böyük əhəmiyyəti var…

  • STIR — (İRONİ-OSETİNLƏRƏ GÖRƏ «böyük» deməkdir). Əslində əski oğuzca və türkcə «astar, içlik» deməkdir.
  • ANDAN-(İroni-osetincə metal deyildiyi yazılıb). Bu söz indiki «Polad» adına uyğundur və bu ada dəmiri döymək üçün istifadə olunan «zindan» sözünə uyğundur.
  • KARTASİS (CARTHASİS)-Bu ad bir ingilis dilli mətndə Makedoniyalı Filippin dövrünü anladan mətndə çəkilir. «THE WERE LED BY CARTHASIS TO THE SIGTHIAN KING» (İskit kralı Carthasis (yəni Qardaş) tərəfindən»…-deyə yazılır. Sakca «qardaş» sözü indi də dilimizdə işlənir və bu sözün yaranmasında Oğuz cəmiyyətində bölünmənin tarixi şifrələnib.

Dandamayev, Sısoyev və Abayevdən fərqli olaraq bu sadaladığım adlarda türk izlərini görən görkəmli alimlərimiz Y. Yusifov və Q. Qeybullayev də bir neçə adı nəzərdən keçirmişlər. Tanrı adı olan Qoytosir (yunanlarda Apollon) adını V. Miller, İ. Makvart, X. Qote də irandilli söz olmadığını qeyd etmişlər. Lakin etimologiyasını açarkən «köpək», yaxud «qurd basan» kimi yozmuşlar. Lakin mən düşünürəm ki, bu Tanrının missiyası Günəş şüalarını yerə çatdırmaq olmasıyla əlaqədardır və bu ad indiki zamanda «Göy tüşür (Göyün təsiri)» sözündən başqası deyildir.

— XONAXİS — Bu sözü Q.Qeybullayev araşdırmış və V. Abayevin bu sözü osetin dilindəki «xonek»-«dəvətçi» kimi yozmasına və E. Qrantovskinin hind dilində «khanaka» -yer qazan kimi yorumuna qarşı əski türkcədə olan «konak» sözünü irəli sürür. -İs bu adda yunan şəkilçisi olduğu göz önündədir.

  • OİRPATA-İronicə «ər öldürən» anlamında işləndiyini deyən Avrosentrizm kahinlərinin axmaqlığına gülməmək mümkün deyil.

Əslində bu söz oğuzca bu gün də dilimizdə işlənən «ARVAD» sözünün özüdür. Bu sözün etimoloji mənasına vardıqda isə «Zirək ər» mənası daşıdığını (M. Kaşğari) görə bilərik. Avrosentristlərin bu yozumu sakların (sangların) amazonkalara «oirpata» deməsindən qaynaqlanır və onların doğulan oğlan uşaqlarını öldürməsiylə izah olunurdu. Amma sadəcə bu söz qadına verdiyimiz bir addır. AMAZONKALARA gəlincə isə, sadəcə qeyd edim ki, bu söz də oğuzca AMA (MƏMƏ) ƏZƏN» deməkdir və onların sağ döşlərini 13-14 yaşadək burub bağlayaraq inkişafdan saxlamaları və ya gec olarsa, kəsmələri ilə bağlıdır…

Bu yaxınlarda türkoloq alimimiz Elşad Əlili indiyədək oxunmamış İssık göl camı üzərindəki sak yazısını oxudu: «OGA SEN AND İÇ SAK. SÖZ ERENG ÖGÜNE SƏS-ÜNİ ERİR ÜZƏ» (Sak bu andı öz xalqının adıyla iç). Oxunmuş mətnin sözlərində irandilli nəsə varmı?


Bir daha tariximizə könül verən gəncliyimizə SANQ-SAK-İSKİT-SKİF və s. adlarla bizdən uzaqlaşdırmaq istədikləri tariximizi öyrənin.Türk öz tarixini öyrənmək üçün bu yolu keçməlidi və dünyanın ilkin fatehləri omuş əcdadlarımızın buraxdığı mirasa sahib çıxmalıyıq.


Bu xülasə nəşr olunmamış «Dilin tarixi,tarixin dili» kitabından ixtisarlarla lakonik şəkildə götürülüb.

Digər məlumatlara diqqət yetirək.

Saklar e.ə. V əsrdə qızıl paltar geyinəndə o dövrdə nə rus, nə alman, nə də fransız var idi. Turukkilər, «Türk» Turku Krallığına gedək…
Çünki Anadolu sivilizasiyasının qurucularının qədim Yunan sivilizasiyasına aid olduğu tezisi illərdir bizə soxuşdurulub

Digər məlumatlara diqqət yetirək.

Saklar e.ə. V əsrdə qızıl paltar geyinəndə o dövrdə nə rus, nə alman, nə də fransız var idi. Turukkilər, «Türk» Turku Krallığına gedək…
Çünki Anadolu sivilizasiyasının qurucularının qədim Yunan sivilizasiyasına aid olduğu tezisi illərdir bizə soxuşdurulub …


İndi dünyadakı Arxeologiya professorları torpaqdan çıxardıqları sümüklərin DNT-sini və həmin ərazidəki kəndlilərin DNT-lərini müqayisə etdikdən sonra şoka düşürlər … Çünki onların DNT-si 97 faiz uyğun gəlirdi. Bu türklərə məxsus olması Hind-Avropaçıların başına daş kimi düşdü. SAGALASSOS sivilizasiyası da Ön Türk mədəniyyəti olması ortaya çıxdı.


Belçika LEUVEN Katolik Universitetindən Prof.Dr. Matc WAELKENS, Ağlasundakı qazıntılar zamanı ortaya çıxan sümüklərin DNT-ni kəndlilərlə müqayisə etdikdə şoka düşdü. 6-8 min il əvvələ aid sümüklər ilə qazıntıda işləyən türk fəhlə və kəndlilərin DNT-si (97 faiz) eyni çıxdı, yəni onlar da Ön Türklərin bir qolu olan SAGALASSOS çıxdı…


Frigiyası da, Yazılıdaşı da eyni.


Urartu və Hettlilər də (xattilər) eyni.

Keçmişdə, Qərb arxeoloqları tapdıqlarını oğurlayaraq ölkələrinə dönürdülər, Ellin deyib, Anadolu tarixinə ad qoyaraq, bizi aldatsalar da, nəhayət özümüz əksini sübut etməyi bacardıq, şükürlər olsun …


Bu fikirlər araşdırmaçı Bəxtiyar Aydına məxsusdur. O Yazır: «S.N. Kramer ilə prof. Osman Turan, Şumer dilindəki 950 söz türk dilindədir, deyincə qərbdəki diaspor tarixçiləri sus-pus oldular…


Ah bu sözlər türkcə deyil, məsələn, Yunan və ya erməni dilində çıxsaydı, onda dünyanı ayağa qaldırardılar …


Nəticə: Bu gün Hun / Macarlardan, almanlardan tutmuş italyanlara (Etrusklar Ön Türklərin bir qolu), ispanlara, hətta ingilislərə və isveçlilərə qədər hər kəs, demək olar ki, bütün qərb tarixini iskitlərə/saklara bağlamaq üçün tələsirlər. Demək olar ki, hamısı köklərini Azərbaycanın Qobustanına, Albaniyaya, Qəbələsinə və daha da şimala bağlamağa başladılar … çünki bir az geri qayıdanda tarixi köklərinin olmadığını öyrəndilər (İndi Azərbaycanın başına gətirilən faciənin kökünü anlayırsınızmı? Bilirsinizmi ermənilər əl köpəyi kimi tariximiz üzərinə niyə qısqırdılıb?).


Antik Yunan tanrılarının belə, Misirdən oğurlandığını öyrəndilər (Herodot bunu ilk dəfə söyləmişdi, amma bunu nədənsə unutdular).
Qərb indi «Qara Atena»nı yazdı …


Başqa bir türkiyəli araşdırmaçı Semra Bayraktar da Qərb tarixçilərinin fikirlərinə istinad edərək yazır:


— Bunu biz demirik, İrlandiyalı tarixçi deyir…


«Dörd Ustadın dediyinə görə, Kelt dili İskit (sak) dili idi. Bu, Gaodhaldan «onu təmizləyən və bəzəyən», daha sonra Gaodhilg və ya «Gaelic» adlandırılan İskit dili idi.


«İskitlərin dillərinin ilk Valideynlərimizin (Adəm və Həvva) dilləri olduğuna inanmaq üçün bir səbəb var. Kelt, Teutonik və Slavyan xalqları skif mənşəli idilər, buna görə də bu xalqların danışdığı bütün ləhcələrin ana kökü skif dili idi. İrlandiyanın, qədim ildönümlərinin və salnamələrinin yazıldığı dildir.


«Japhetin (Yasəfin) oğlu, Magoqun oğlu Baoz oğlu Phoeniusa Faresaidh, yazıların ixtiraçısı idi və ondan sonra gələn nəslə Finikiya deyilirdi» … səhifə 9


Adı «Teuton», «bir tanrı» anlamında, Gotik Teuttdan, (yəni türkcə Gök Tanrı anlamında) törəmişlər. «Teutonlar» termini skif mənşəli müxtəlif xalqlara, böyük bir dilin (Kelt) müxtəlif ləhcələrində danışmışlar.


«Sklavonik və ya slavonik xalqları bəzən» sklavoniyalılar «adlandırılırdı və Almaniyada yaşayan skif irqi olan Romalı yazıçılarının slavi və ya sklavilərindən gəlirdilər. Adı «şan» mənasını verən Slavadan gəlir. Polşa, Rusiya, Prussiya və Avstriyanın bir hissəsi olan ölkəninin ərazilərinə yerləşdilər … səhifə 13.


«Mileziyalı və ya İsveçh Irlandiyalısı İskit ailəsindən olduqları üçün İskitin qısa bir şəcərəsini vermək uyğun olardı. Nuhun oğlu Yafet (Japhet) skiflərin əcdadı idi. «İskit» adı yay istifadəsində bacarıq göstərən xalqlara tətbiq edilirdi.


Lüğətdə Dr. O’Brien, «İskit» sözünün Keltcə söz kökündən gəldiyini və İrland dilində oxatan və ya ox anlamını bildirir və bu törəmə çox aydın surətdə görünməkdədir. Skif xalqları, xüsusən də Partlar (Parflar, yəni kiçik Ərsaklar), hamısı məşhur oxatanlar idilər.
Qara dənizin şimalındakı Euxine və ya Yunan koloniyaları, İskit qonşularını eşitdikdə, tez-tez «Scuti», «Scythi (Skuzi)», «Shuten» adları ilə oxçu, atıcı və ovçu (aralarında çox sayda olan) adlandırırdılar.


İskitləri simvolizə edən «Schuten» adı bütün millətə tətbiq edildi. Bu söz və ya əvvəlki ilkin mənası hələ də İngilis, Alman, Litva, Fin, Latviya, Kurland, Lapponian, Estoniya və Prussiya dillərində qorunub saxlanılır. Bu da bütün bu xalqların skif mənşəli olduğunu sübut edən bir həqiqətdir.


İskitlər qədim dövrün ən döyüşkən və cəsur insanları sırasında idilər və müharibə arabalarında vuruşurdular. Günəşə, aya və küləklərə ibadət edirdilər və onların əsas tanrısı yunanların Ares (Ərəs) adlandırdığı müharibə tanrısı idi; Qotlar, almanlar və skandinaviyalılar onu Odin və ya Wodin adlandırırdılar. Sakaların əcdadı olan Sakae; Sarmatlar, Sarmatların əcdadları; Basternae, Qotlar, Vandalllar; Daki və ya Dakiyalılar; Skandinaviyalılar, Almanlar; Fransanı fəth edən franklar; Suevi, Alanlar, Alemanni; Longobardlar və ya Lombardlar; və bir çox başqa tayfalar skif ailəsinin güclü millətləri idi. V əsrdə Attila dövründə Roma İmperiyasını devirən Asiya Hunlarını, bəzi yazıçılar İskit olduğunu yazmışdılar, lakin bu baxış səhvdir, çünki Hunlar monqol irqliydi və ya Tərtərdən (Tartariya) idilər, İskitlər isə böyük Qafqaz irqi idi»… səhifə 14.


Bəzi sapı bizdən olan erməni dəhrələri AZƏRBAYCAN adının sonradan uydurulduğunu tez-tez paylaşırlar. Xüsusən etnik separatizmə meyilli antitürk ünsürlər tez-tez bu cür boşboğazlıqlara yol verirlər. Birincisi bildirim ki, çapa hazırladığım «Dilin tarixi, tarixin dili» adlı kitabımda həm Azərbaycan adının həqiqi mənasına, həm də bu adın qədimlikdə tarixlə yaşdaş olmasına geniş yer vermişəm. İkincisi o faktları kitabdan öncə yaymaq istəmədiyimə görə daha üzdə olan bir-neçə faktı diqqətinizə çatdıracağam.


İlk olaraq dahi Nizami Gəncəvi böyük şair omaqla yanaşı, həm də Şərq tarixinin, xüsusən də Türk tarixinin gözəl bilicisi oub. O, «İsgəndərnamə» poemasında «Xəzər dənizindən Çin dənizinə hər yeri türkə məxsus olduğunu » yazmaqla yanaşı bir neçə yerdə İsgəndərlə görüşə gələn Böyük Azərbaycan elçisindən söz açır. Yəni eradan əvvəl baş verən «türk canlı, rum qiyafəli İsgəndər» (N. Gəncəvi) dediyi sərkərdənin yürüşü zamanlarında bu adı çəkməsi təsadüf deyil. E.ə. 336 — E.ə. 323-cü illəri əhatə edən hadisələr zamanı Böyük Azərbaycan adı çəkən şair, əsərdə Firdovsini yalançı adlandırır. Yəni e.ə çəkilən «Azərbaycan» adını görmək istəyənlər əsəri bir də vərəqləsinlər.


Yaxud İrəvanda ermənilərin sevə-sevə bütün əsərlərini çap etdikləri qondarma akademikmiz İqrar Əliyev («Azərbaycan tarixi»), yunan mənbələrində rast gəldiyi «Madi Atropaten» sözünü «Midiyalı Atropat» kimi yozur (e.ə. VIII əsr), Eradan əvvəlki mənbələrdə verilən bu ad əslində «Azərbaycan Midiyası» anlamında işlədilib. Avrosentristlərin sifarişiylə milli satqınlarımız və rus-fars cızmaqaraçılar belə bir satrap uydurdular. «Midiya satrapı Atropat bu döyüşdə özündən asılı olan kadusilər, qafqaz albanları və sisaklarla ittifaqda vuruşmuş, madayların süvari və piyada dəstələrinə başçılıq etmişdi. Çağdaş tarixçilər belə hesab edirlər ki, o dövrdə Atropat orta əsrlər Azərbaycanının bütün ərazisini, həmçinin Böyük Midiya torpaqlarının bir hissəsini öz tabeliyində saxlayırdı. Həmin döyüşdən sonra Dara Ekbatana qaçır və Atropat tərəfindən sığınacaq verilir. E.ə. 330-cu ildə yenidən qaçmağa məcbur olan Dara bir neçə ay sonra öldürülür və Atropat İsgəndərə tabe olur».

Yəni İqrar Əliyevin dediyi «Madi Atropaten» daha sonra satrap Atropata çevrildi. Nizami isə daha dəqiq olaraq bunu BÖYÜK AZƏRBAYCAN adlandırmışdı. Yəni İsgəndərlə Böyük Azərbaycan Midiyasının elçisinin görüşdüyünü qeydə almışdı. Amma Avrosentrist kahinləri uydurduqları tarixdə həmişə bolluca səhvlər, yanlışlıqlar buraxmaqdadırlar. Yalançının yaddaşı olmur. Sadəcə onların bu səhvlərini örtmələri üçün ciddi elmi mərkəzlər fəaliyyətdədirlər.


Sadəcə bu tarixi faktın özündə də Azərbaycanın sak-oğuzların ölkəsi olması görünür. Midiyalılar, sisaklar, albanların birgə mübarizəsinin kökü onların sak ölkələri, eyni toplum olmaları ilə bağlı idi. Sak (sang) tariximizi alt-üst edənlər bu adı irandilli elan etməyə çalışırlar, amma (X əsr) Almış xaqan öz nitqinə: «Ey mənim Sak (skif) qardaşlarım!»— deyə başlayır və bu döyüşü xatırladır. Şah İsmayıl Xətaiyə Sultan Səlim rişxəndlə «Sak, Əfrasiyab» dediyi o dövrün tarixi mənbələrindən məlumdur. Şah İsmayılın Sultan Səlimə skif (sak) məktubu göndərməsi də yaxın tarixin izləridir.


Digər bir araşdırmada (Xaqani Ədəboğlu «TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN» adlı məqaləsində) bir fakt nəzərdən keçirilib:


— Digər bir yazı isə pəhləvicə Dərbənd divarlarında qalmaqdadır və burada da Azərbaycan adı işlənməsiylə yanaşı, Pəhləvi dilinin bir Azərbaycan türklərinin bir dialekt nümunəsi olmasını təsdiqləyir. Bu yazı VI əsrdə Dərbənd şəhərinin müdafiə divarlarında Pəhləvi dilində həkk edilmiş yazılardan biridir: «Dara, Adurbadaqanın amarqarı (yəni Azərbaycanın maliyyə işləri üzrə baş məmuru)» mənbə: «DARBAND EPIGRAPHY i. Middle Persian Inscriptions». Encyclopædia Iranica. 2016.


Başqa bir tərəfdən pəhləvi dilinin hansı dilə yaxınlığı mətndən aydın görünməsi izlənilir…


Beləliklə, Azərbaycan adına şübhə ilə yanaşan erməni əlaltıları düşünün! Ya bu məmləkəti sevin, ya da tərk edin!


«TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN» adlı yazıda sadalanmış faktlara bir «tarix» fakültəsində oxumuş «tarixçi» yamanca əsəbiləşdi. Bildirdi ki, sak-skif-sang-skuz və s. irandilli bir tayfadır. Sak-Oğuz haradan çıxdı? Və s. və i.a…


Ondan sak dilində neçə söz bildiyini soruşanda bu tarixçi dedi ki, mən filoloqam? Belə yerdə bərəkallah dedim və bu yazını oxuması üçün ona bir neçə üzdə olan mənbə ünvanladım. İnanın oxumadı, bu zavallı elə bilir ki, tarixçi olmaq üçün mütləq tarix fakültəsini bitirmək vacibdir.

Bu barədə inanılmış mənbələrə əsaslanan faktlar əsasında «Tarixin dili, dilin tarixi» adlı hələ çap edilməmiş kitabımda geniş araşdırmalarım var.


Sadəcə bu tarixçiyə Ukraynanın Xerson şəhərində yerləşən Sak-Oğuz kurqanı haqqında ensklopeik məlumat verməyi özümə borc bildim. Yəqin ki, bu adamın bu arxeoloji faktdan da xəbəri yoxdur. Çox güman ki, İqrar Əliyev kimilərinin zir-zibiliylə beynini doldurublar və gözünə hər şey «iran dilli» görünür.


Oğuz-skif çar kurqanı rus vəhşiliyinə məruz qalmış bir arxeoloji abidədir. Şahidlərin dediyinə görə bu kurqandan miqdarı bilinməyən ölçüdə qızıl əşya daşınıb. 19-cu əsrdən bu kurqanda araşdırmalara başlanıb. O vaxtlar kurqanın hündürlüyü 20 metr, diametri 380 metr olub. Kurqanın mərkəzində 6 metr dərinliyində daş məzar yerləşirdi.


Məzarın yerləşdiyi toponim də açar rolunu oynayan SAROQUZ bu gün cüzi dəyişikliyə məıruz qoyulmaqdadır. Əslində Sar Oğuz- Çar Oğuz anlamındadır. Azərbaycanda Sarşen, Sarsang kimi toponimlər bu gün də qalmaqdadır. Və bu sözlərin «çar şəhər», «çar sang» anlamındadır.


Ukraynada e.ə. 4-cü əsrdə Daranı, Makedoniyalı İsgəndərin atası Flippi məğlub edən Sak-Oğuz dövlətinin qoruyucu kurqanları eyni coğrafi xətt üzrə dörd kurqan Oğuz kurqanından 100 km məsafədə Soloxa, Kozel, Çertomlık adlı kurqanlar olaraq sıralanıb.


Bu məzardan çıxarılmış tarixi incilər Ermitaj muzeyində Ukrayna inciləri adıyla saxlanılmaqdadır. Bu kurqan arxeoloqlar N. Veselovski, V. Rotom, A. Leskov, Y. Botrik və başqaları tərəfindən araşdırılıb. Y. Boltrik Oğuz kurqanının sakların əfsanəvi çarı Ateyin varisinə aid olmasını irəli sürüb…

Bu xəbəri paylaşın: