Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bütün çətinliklərə baxmayaraq Qarabağda qan tökülməsini dayandırmaq qərarına gəldikdə siyasi müdriklik nümayiş etdirdilər.
Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq klubunun iclasında çıxışında belə deyib.
«Birincisi, həm Azərbaycan Prezidentinin, həm də Ermənistanın Baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşmalıyam. Yenə də hadisələrin bütün faciələrinə baxmayaraq, onlar bir anlıq siyasi vəziyyətdən yuxarı qalxmağı və çox məsuliyyətli qərar qəbul etməyi bacardılar», — deyə Putin vurğulayıb.
«Yenə də Prezident Əliyev və baş nazir Paşinyan qan tökülməsinin qarşısını ala bildilər», — Rusiya lideri qeyd edib.
Ümumiyyətlə, Qarabağda vəziyyəti qoruyub saxlamaq alınır, həmişə insidentlərdən qaçmaq olmur və bu qədər illik qarşıdurmadan sonra idealist mənzərəni təsəvvür etmək çətindir.
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, əsas məqsəd təhlükəsiz birgə yaşayışı və iqtisadi inkişafa şərait yaratmaqdır: «İndi ən vacibi sərhəddəki vəziyyəti tamamilə nizamlamaqdır».
Həmçinin, Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəşəriyyətin taleyinin hazırda İkinci Dünya Müharibəsini qazanan və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan məhdud saylı ölkələrdən asılı olduğu fikrinə münasibət bildirib.
Putin Valday Beynəlxalq Klubunun iclasının moderatorunun sualını cavablandırarkən Ərdoğanın bu cür açıqlamasının səbəblərini başa düşdüyünü söyləyib: «Görünür, o hesab edir ki, Türkiyə də Təhlükəsizlik Şurasının daimi üzvü ola bilər. Ancaq qərarı Rusiya vermir — bu cür məsələlərin həlli üçün qərar konsensus əsasında verilir.
Putin bir sıra ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri siyahısına daxil edilməsi məsələsinin qaldırılmasını ədalətli hesab etdiyini də söyləyib: «Burada fərqli həllər mümkündür».
Putin ABŞ-ın İraqdan sonra Əfqanıstanı tərk etməsini və bölgədə xaosa səbəb olmasını tənqid edib: «20 ildir dünyanın ən güclü ölkəsi özünə bərabər olmayan iki bölgədə hərbi əməliyyatlar aparır. 20 ildir ki, öz məqsədləri üçün daxil olduğu bölgələri tərk edərkən böyük ziyan vurdu. ABŞ-ın apardığı müharibələr əməliyyat bölgələrinə böyük zərbə vurdu”.
Rusiya lideri Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra müvəqqəti hökumət quran və dünya ictimai rəyində narahatlıqla qarşılanan Taliban rejiminə mötədil yanaşib: “Talibanın ölkədəki radikal qruplaşmalardan qurtulmağı hədəfləyir. Rusiya olaraq görürük ki, Taliban Əfqanıstanda radikal qruplardan xilas olmaq istəyir”.
Qərbi tənqid edən Putin Qərb ölkələrinin bir çox ölkəyə təzyiqlər tətbiq etdiyini və bunun ailə quruluşuna zərər verdiyini iddia edib: “Azlıqların xeyrinə, çoxluğun əksinə ayrı-seçkilik və ya valideynlər, ailə və hətta cinsi mənsubiyyət kimi əsas dəyərlərdən imtina etmək tələbi onlar üçün sosial yenilənməyə gedən yolda mərhələlərdir. Amma Qərb bizim evimizə soxulmağa çalışmasın. Çünki rusların böyük əksəriyyəti mənəvi dəyərlərin, tarixi ənənənin, mədəniyyətin əsas götürülməli olduğunu düşünür”.
Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı bildirib:
«İndi ən vacib şey sərhəddəki vəziyyəti həll etməkdir. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil. İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”.
Putin daha sonra əlavə edib ki, birincisi, həm Azərbaycan Prezidentinin, həm də Ermənistan Baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşılmalıdır: “Baş vermiş hadisələrin faciələrinə baxmayaraq, onlar siyasi konyukturadan yuxarı qalxmağı bacardılar və çox məsuliyyətli qərar verdilər. Yenə də Prezident Əliyev və Baş nazir Paşinyan qan tökülməsini dayandıra bildilər.
Bütövlükdə regionda uzunmüddətli həll üçün şərait yaratmaq lazımdır. Bu şərtlər yalnız hər iki tərəfin əldə etdiyi razılaşmaları uzunmüddətli olaraq qəbul etməsi və hər iki tərəfin üstünlükləri qiymətləndirməsi şərti ilə yaradıla bilər. Mən burada dinc, yanaşı yaşamağı vurğulamaq istəyirəm. Bunda isə hamı maraqlıdır”.
Əli Nəsib Zərdabi
