Şəhidin həyat yoldaşı Anım günü qəzada həlak oldu

Şüheda göğdesi, bir baksana, dağlar, taşlar..
O, rüku olmasa, dünyada eğilmez başlar.
Yaralanmış temiz alnından uzanmış yatıyor; *
Bir hilal uğruna, ya Rab, ne güneşler batıyor!

Mehmet Akif Ersoy


Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


Hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, «Ford» markalı minik avtomobilin sürücüsü yolda hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.


Hadisə zamanı avtomobildə olan, Vətən Müharibəsinin şəhidi Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı 35 yaşlı Ələsgərova Günel İnqilab qızı və 38 yaşlı Tağıyev Emin Ağamir oğlu hadisə yerindəcə dünyasını dəyişib, bir nəfərin isə xəsarət aldığı, Zərdab rayonuna aparıldığı bildirilir.

Şəhidin 3 övladı indi də anasız qaldılar. Ürək ağrıdıcı bir faciədir. Allah bu övladları qorusun!

Ölənlərin meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.


Faktla bağlı araşdırma aparılır.

Məkanı cənnət olsun!

Elnur Səlim

Bu xəbəri paylaşın: