Oğlumun cənazəsi evə gələndə dostları, tanışları və ümumiyyətlə hamı gəlib mənə təsəlli verirdi ki, «Ana başını uca tut, bir oğlun Şəhid oldu, bizim kimi minlərlə oğlun var».
Artıq 1 il ötür həmən sözləri deyən kəslər bu 1 ildə 1 dəfə də qapımı açmadılar. Haqqımı sizə halal etmirəm.
Doğrudan da belədir. Gəlin Şəhidlərimizi və Şəhid ailələrini unutmayaq, hər zaman yanlarında olaq. Şəhidlər Ölmürlər, Şəhidlər o zaman ölür ki, onlar unudulur. Gəlin onlara qarşı əməllərimizdə səmimi olaq.
Allahdan Şəhidlərimizə rəhmət diləyirəm, ailələrinə səbr diləyirəm, Şəhid Analarının əllərindən öpürəm.

Azad Musayev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri, Fedai.az-ın müxbiri
