Respublikanın Daxili İşlər nazirliyinin Daxili Qoşunların baş idarəsinin ehtiyatda olan zabitlərinə, Silahlı Qüvvələr və Müharibə Veteranlarına ağır itki verib.
Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Gəncə şəhərində, Binəqədi və Quba rayonlarında yerləşən hərbi hissələrdə hərbi hissənin döyüş hazırlığı bölmələrinin rəisi, hərbi hissə komandirinin birinci müavinini, hərbi hissə komandiri, Daxili Qoşunların Bas İdarəsinin Baş idarəsinin Qərgahında isə Əməliyyat şöbəsinin rəisi vəzifələrində xidmət etmiş ehtiyatda olan polkovnik Nəzərov Zahid Qulam oğlu 23 oktyabr 2021-ci il tarixində 57 yaşında vəfat edib.

Polkovnik Zahid Qulam oğlu Nəzərov 10 aprel 1964-ci ildə Qubadlı rayonunda anadan olub.
Polkovnik Nəzərov Zahid Qulam oğlu Daxili işlər Nazirliyinin Daxili Qoşunların Vladiqafqazda yerləşən hərbi ali məktəbi, Türkiyə cümhuriyyətinin Jandarm Qüvvələrinində və Hərbi akademiyasında bir sira ixtisas artırma kursları bitirib.
Azərbaycan Respublikası Daxili İşlər nazirliiyinin Daxili Qoşunlarının yaradılmasnın 23 -cü il dönumü ilə Dövlətin ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə «Hərbi xidmətlərinə görə» medalı ilə, SSRİ Ali Soveti və Azərbaycan Respublikasının prezidenti adından «Silahll Qüvvələrin 70 iliyi, 10 illiyi, 90 illiyi və 95 iliyi» yubiley, «Qüsursuz xidmətlərə görə 1ci, 2-ci və 3-cü dərəcəli», «Silahll Quvvələrin Veteranı» medalarla ilə və əla xidmətlərə görə döş və yubley nisanları ilə təltif edilib.
AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik Salman Musayev polkovnik Nəzərov Zahid Qulam oğlunun vaxtsız vəfatından kədərləndiyini bildirir və məhrumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
Salman Musayev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini

