Azərbaycanlıların İran hökumətinə etirazı

Bir qrup Cənubi azərbaycanlı fəal İranın mədəniyyət nazirinin fars dilindən istifadə etməyənlərlə bağlı xəbərdarlıq sisteminin qurulması barədə fikirlərinə cavab olaraq fars dilində yazılan kitabları simvolik şəkildə yandırıb.

Bununla bağlı görüntüləri “Azad İran” “Telegram” kanalı paylaşıb.

“Kitabın yandırılmasına heç bir şəkildə haqq qazandırmaq olmaz. Amma külək əkənlər bilməlidirlər ki, qarşılığında tufan biçəcəklər”, – deyə kanal paylaşılan videonu şərh edib.

İranın Təbriz şəhəri boyunca divarlarda qrafitilər yazılıb: “Güney Azərbaycan İran deyil”.

Güney Azərbaycanın milli fəalları oktyabrın 24-də Təbriz şəhəri boyunca genişmiqyaslı aksiya keçiriblər. Onlar qrafiti və divar yazıları ilə Güney Azərbaycanın fars və İran irqçiliyinin boyunduruğundan müstəqil olmasının vacibliyini vurğulayıblar.
Təbrizin ictimai yerlərində və küçələrində ingilis dilində həkk olunmuş qrafiti və divar yazılarında “South Azarbaijan İs NOT İran. Tabriz 2021.10”, “Güney Azərbaycan İran deyil” sözləri yazılıb.

Qeyd edək ki, bundan əvvəl də sözügedən yazı azərbaycanlı ictimai şəbəkə istifadəçiləri tərəfindən geniş yayılmışdı. İran nə qədər çalışsa da azərbaycanlıları farslaşdıra bilmir, öldürməklə, zindanlara doldurmaqla da səyləri boşa çıxır. Güney Azərbaycan müstəqillik istəyir.

Mənbə: Kanal.az

Bu xəbəri paylaşın: