Balakən rayonu Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsi şəhidi Vahid Tahir oğlu Əlisoltanovun Anım günü qeyd olunub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, şəhidin döyüş yoldaşı olmuş İlkin Rzaquliyev məlumat verib.

İlkin Rzaquliyev bildirdi ki, Vahid Əlisoltanov Füzuli rayonu Gecəgözlü kəndi uğrunda gedən döyüşdə 21 oktyabr 2020-ci ildə şəhid olub. 24 oktyabrda dəfn olunub. Anım mərasimində şəhidin yaxınları, AVMVB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayevin rəhbərliyi ilə müharibə veteranları, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin məzarı ziyarət edilib, məzarı üzərinə güllər qoyulub və ruhuna dualar edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
N. Məmmədli




