Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib.
Fedai.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
Qarabağın hava qapısının simvolik açarı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
Simvolik açarı dövlət başçılarına «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov təqdim edib.





Bu xəbəri paylaşın:
