Ermənistan demarkasiya işlərini özlərinə sərf edən xəritə ilə aparmağı planlaşdırır.
Ermənistan KİV-ləri, Milli Elmlər Akademiyasının fəxri doktoru, kartoqraf Ruben Qalçyan Azərbaycanla Ermənistan arasında demarkasiya işlərinin guya 1926-cı ildə hazırlanmış saxta xəritə əsasında aparmağı təklif etməsi barədə xəritəni yayıb.
“Ermənistan üçün minimal ərazi itkiləri yalnız 1926-cı ilin xəritəsinə görə mümkündür. Ermənistan SSR-nin 1926-cı ildə hazırladığı xəritə maraqlarımıza tam cavab verir”-deyə kartoqraf söyləyib.
Xatırladaq ki, Qalçyanın təklif etdiyi xəritə Azərbaycan və Rusiya arxivlərində mövcud deyil və saxta hesab edilir. Üstəlik burada məqsədli şəkildə illərcə Qarabağın ermənilər yaşayan ərazilərini həmsərhəd göstərməyə çalışılır. Ermənilərin bu məsələ ilə bağlı xeyli dezinformativ materialları var.

