TƏBRİK: AQİL HÜMBƏTOV — 59

      Peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə,  dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə, şəxsi intizamı ilə,  nəzakəti və təvəzökarlığı ilə  seçilən ən məhsuldar dövrünün 20 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirən ehtiyyatda olan polkovnik- leytenant  Aqıl Cəlal oğlunun 27 oktyabrda 59 yaşı tamam olur.

    Aqil Cəlal oğlu Hümbətov  1962-ci il oktyabrın  27 də  Gürcüstan Respublikasının  Dumanis rayonunun Yaqublu kəndində anadan olub.

   Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Aqil Hümbətov 1969- ci ildə Dumanis rayonunun Yaqublu kəndində birinci sinifə getmiş O,1979- cu  ildə Bakı şəhərinin Xətai rayonunda tam orta məktəbi bitirdikdən sonra  Azərbaycan Politexnik İnstitutunun Avtomatik və  Hesablama Texnikası fakultəsinə daxil olmuş, 1984- cü  ildə həmin institutu fəriqlənmə diplomu ilə bitirmişdir.

    Aqil Cəlal oğlu Hümbətov  1984-cü ildən 1987- ci  illədək   «Xəzri » Zakafkaziya Texnoloji mantaj  idarəsinin Xüsusi Konstruktor bürosunda mühəndis və böyük mühəndis, 3-cü   şöbənin rəisi vəzifələrində işləyib.

    O, 1987-1988-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, 1989-1992-ci illərdə Bakı şəhəri Elektron Hesablama Maşınları Zavodunun Xüsusi Konstruktor bürosunda, «Elektron » və «Saturn»  kiçik Dövlət müəssisələrində müxtəlif vəzifələrdə çalışıb.

    Ehtiyatda olan polkovnik- leytenant  Aqil Cəlal oğlu Hümbətov  1992- 2012 ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Dayaq rabitə Qovşağınin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında Xüsusi  rabitə Xidmətlərinin ilk rəisi vəzifələrində xidmət edib. 2013 -2020 ci illərdə isə Baki şəhər Şüşə zavodunda mühəndis elektronçu vəzifəsində işləyib.

     Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Aqil Cəlal oğlu Hümbətov qorxmaz, vətənpərvər,   əli açıq , (insanpərvər ) vəfalı bir zəhmətkeş  baş zabit olmuşdur. O, istər  təhsil aldığı  orta və ali təhsil müəsələrində , istərsədə xidmət etdiyi  kollektivlərdə , dost-tanış  qohum- əqrəba arasında  özünə layiq  hörmət qazanmışdır.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində,  yüksək  göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin və onun müavininlərnin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

    Aqil Hümbətov  Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Xidmətdə fəriqləndiyinə görə  «Qüsursuz Xidmətlərə görə » 1-ci,  2-ci və 3-cü dərəcəli,  «Silahlı Qüvvələrin» yaranmasının 10 illik  və  90 illk medallari ilə ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AQiL BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: